Azərbaycan yeni bir turizm destinasiyasi kimi dünyaya daha mükəmməl bir şəkildə açılır

Turizm-vətənpərvərlik və diplomatiya məsələsidir. Bu gün ən böyük savaş cəbhələrindən biri informasiya və intelekt savaşıdır". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən "Millenium Turizm" şirkətinin rəhbəri Ryslan Quliyev deyib ki, biz turizm cameyəsinin əsas vəzifəsi- səfərbər olmaq, xidmət keyfiyyətini artırmaq, tanıtım istiqamət və fəaliyyətlərimizi genişləndirmək, dunya turizm bazarına daha əlverişli və rəqabət qabiliyyətli turizm təkliflərini təqdim etmək olmalıdır: " Bu həssas bir durumda 15 -ci AITF 2016 Yubiley sərgisi göstərdi ki, Azərbaycan yeni bir turizm destinasiyasi kimi dünyaya daha mükəmməl bir şəkildə açılır. 50 -ə yaxın ölkə 400 -ə yaxin şirkətin iştirakı ilə yenidən bir ilkə imza atdiq. Bütün qatılımcı ölkələrin nümayəndələri Azərbaycanın turizm və mədəni potensialinı yüksək qiymətləndirərək, bir məqamı daha çox vurğuladilar: " Azərbaycan insanı möhtəşəmdir- qayğikeş, qonaqpərvər, əməksevır və yurdsevərdir" Bizim ən böyük kapitalımız budur. Ölkə başçısı cənab Ilham Əliyev biz turizmçilərlə görüsdə bizi daha da səfərbər olmağa cağırdı. Dürüst, peşəkar və daha çeşidli xidmət göstərməyimizin vacibliyini vurğuladı. Turizmin inkısafinda - ən həssas və çətin məsələlərdə bizim yanımızda olduğunu söylədi. Sahibkarlığın inkisafında təşviq-dəstək və sadələşdirilmələrin davam edəcəyini bildirdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00