AzTU tələbələrindən Qarabağ münaqişəsi ilə bağlı daha bir addım
11 Aprel 2016 14:09 SosialAzərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması və işğal olunmuş torpaqlarımızın azad olunması üçün vətəndaş cəmiyyətinin rolu xüsusi önəm kəsb edir. Buna görə də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən Amerika Birləşmiş Ştatları prezidentinin adına petisiya hazırlanıb.
Azərbaycan Texniki Universitetinin tələbələrinin petisiyada aktiv iştirakını təmin etmək üçün Universitetin Tərbiyə işləri üzrə prorektoru Tələbə həmkarlar və gənclər təşkilatının fakültə üzvləri ilə birgə iclas keçirib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, iclasda petisiyanın əhəmiyyəti diqqətə çatdırılıb və imzalama prosesi əyani olaraq monitorda nümayiş etdirilib. AzTU tələbələri bildiriblər ki, petisiya ilə bağlı aktivlikləri təkcə öz səslərini verməklə bitməyəcək. Bundan əlavə sosial şəbəkələr üzərindən digər tanışlarının da bu işə cəlb olunması üçün səylərini birləşdirəcəklər. Tələbələr Administrasiyanı AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırır.