Şəhid pilotumuzun cənazəsində izdiham VIDEO

Qarabağda gedən hərbi əməliyyatlarda qəhrəmancasına şəhid olan pilot Təbriz Musazadənin cənazəsi Bakıya gətirilib. Baku.ws bildirir ki, şəhid pilotun cənazəsi Bakıya axşam saatlarında gətirilib. Ancaq buna baxmayaraq yüzlərlə vətəndaş şəhidimizin cənazəsini görə bilmək üçün bir yerə toplaşıb. "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirən insanlar böyük izdiham yaradıblar.

Qeyd edək ki, Mİ-24 helikopterinin şəhid olan pilotları II Fəxri Xiyabanda dəfn ediləcəklər.

 

Şəhid pilotumuzun cənazəsində izdiham

Şəhid pilotumuzun cənazəsində izdiham -1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00