Parlament 8 məsələyə baxacaq
11 Aprel 2016 12:25 SosialMilli Məclisin aprelin 15-də keçiriləcək iclasının gündəliyi məlum olub. Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib. Bunlar "Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında" sənəd, Hesablama Palatasının 2015-ci il üzrə hesabatı, "Azərbaycan höküməti ilə Birləşmiş Ərəb Əmirlikləri höküməti arasında dəniz nəqliyyatı üzrə institsional əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında" qanun layihəsi, "Sosial sığorta haqqında" qanun layihəsi, "Əhalinin sağlmalığının qorunması haqqında" qanun layihəsi, İnzibati Xətalar Məcəlləsinə, Mülkü Prosessial Məcəlləyə dəyişiklər edilməsidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00