Dövlət Qulluğu Məcəlləsi hazırlanır
11 Aprel 2016 12:23 SosialDövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədilə "Dövlət Qulluğu Məcəlləsi"nin layihəsi hazırlanmışdır. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan daxil olub. Bildirilib ki, aprelin 12-də layihənin ictimai dinləmə və müzakirəsi ilə bağlı tədbir keçiriləcək. İctimai dinləmənin məqsədi layihəyə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00