Tiflisdə azərbaycanlı və gürcü tələbənin iştirakı ilə Azərbaycana dəstək yürüşü keçirilib
11 Aprel 2016 11:45 SosialGürcüstanın paytaxtı Tiflisdə azərbaycanlı və gürcü tələbələrin iştirakı ilə Azərbaycana dəstək yürüşü keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, , gənclər Azərbaycan torpaqları uğrunda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında Azərbaycanın dövlət himnini oxuduqdan sonra "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağ Azərbaycanındır!", gürcü dilində yazılan "Abxaziya və Osetiya, Qarabağa həmrəylik!" sözləri yazılan şüarlar səsləndirilib.Tiflis Dövlət Universitetinin tələbəsi və aksiya təşkilatçılarından olan Daur İsmayılov tələbələr qarşısında çıxış edərək son günlər Dağlıq Qarabağda baş verən hadisələrdən danışıb: "Tiflisdə yürüşümüzün məqsədi Azərbaycanı dəstəkləməkdir. Biz, Azərbaycana qələbələr arzulayırıq. Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələri bizimlə həmrəydir".
Qeyd edək ki, bu sayca tələbələrin keçirdiyi ikinci aksiyadır, aksiyaların təşkilinə heç bir qurum və QHT qatılmayıb, tələbələrimiz müstəqil şəkildə özləri bu cür aksiyalar təşkil ediblər.