Türk Konseyi: görülmüş işlər və gələcək perspektivlər müzakirə edilib

Türk Dünyası Bakı Atatürk Liseyi, "Müasir İnkişaf" İctimai Birliyi və "Gənclərin Töhfəsi" İctimai Birliyi "Türk Konseyi: görülmüş işlər və gələcək perspektivlər" mövzusunda konfrans keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, konfrans 2009-cu ildə yaradılmış və qərargahı İstanbulda yerləşən Türk Konseyi təşkilatının gördüyü işlərə həsr olunub. "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev Türk Konseyi ilə bağlı qısa məlumat verib. Daha sonra çıxış edən "Müasir İnkişaf" İctimai Birliyinin sədri Mübariz Göyüşlü slaydlı təqdimat edib. O, Turan anlayışının, türkçülük hərəkatının romantik dövrlərindən başlayaraq dövlətlərin və siyasətçilərin fəaliyyət göstərdiyi müstəviyə qədər gəlib çıxdığını vurğulayıb. M.Göyüşlü Osmanlıda, Qafqazda, Krımda, Türküstanda klassiklərimizin göstərdikləri fəaliyyətlərə, daha sonra müstəqil türk cümhuriyyətlərinin qurulmasına toxunaraq Sovet imperiyasının bu prosesi yarımçıq kəsdiyini açıqlayıb. Türk Dünyası Bakı Atatürk Liseyinin müdiri Ali Devrim Türk Dünyasının örnək şəxsiyyəti Turan Yazqanı hörmətlə anaraq onun qurduğu liseyin Azərbaycanda ilk olduğunu və 1992-ci ildən bu günə qədər çalışmalarına davam etdiyini söyləyib. Sonda tədbir iştiakçılarının Türk Konseyinə müraicəti oxunub, təklilfər səsləndirilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00