Siyasət

Konstitusiya Məhkəməsi rəy verdi

25 İyul 2016 14:47

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması və xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Silahlı Qüvvələrin nümayəndələri beynəlxalq tədbirə qatılacaq

25 İyul 2016 14:31

İyulun 25-dən avqustun 19-dək Gürcüstanın Saçxere şəhərində "Orta yay dağ hazırlığı" kursu keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Referendumla bağlı bəzi qanunlarda dəyişiklik olacaq

25 İyul 2016 14:03

“Milli Məclisin ilk komitə iclası sentyabr ayının 1-dən başlayacaq. Hələ ki, ilk olaraq hansı komitənin iclasının keçiriləcəyi tam dəqiq deyil”. Bu barədə deputat Vahid Əhmədov məlumat verib.

Gülən camaatı Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?

25 İyul 2016 13:07

Sərdar Ünsal: “Fətullahçılar Azərbaycanda da özlərinə kifayət qədər mövqe tuta bilmişdilər”

Türkiyədə daha bir DƏHŞƏT

25 İyul 2016 08:55

NATO-nun hərbi bazası yaxınlığında güclü yanğın olub

Ziyafət Əsgərov: “Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırıq”

22 İyul 2016 20:36

“Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mərhələli həlllini dəstəkləyirik”.

Əli Həsənov: Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur

22 İyul 2016 20:09

Bu gün qlobal informasiya məkanında Azərbaycan mediasının uğuru həm də Azərbaycan xalqının uğurudur. Bu gün Azərbaycanı dünyaya bütün möhtəşəmliyi, müasirliyi, tolerant mühiti ilə təqdim edən jurnalistin imzası həm də Azərbaycan xalqının imzasıdır. Hər bir jurnalist sözü vicdanla, öz xalqını, dövlətini düşünərək deməlidir, milli maraqlarımızı müdafiə etməyi bacarmalıdır, əsrlər boyu uğrunda mübarizə apardığımız və hazırda fəxrlə yaşadığımız Azərbaycan dövlətini təbliğ etməli və qorumalıdır.

"Dağlıq Qarabağla bağlı tərəflər müəyyən nəticələrə nail olublar"

22 İyul 2016 14:07

Vyana və Sankt-Peterburq danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi tərəfləri, həqiqətən də, müəyyən nəticələrə nail olublar.