Referendumla bağlı bəzi qanunlarda dəyişiklik olacaq
“Milli Məclisin ilk komitə iclası sentyabr ayının 1-dən başlayacaq. Hələ ki, ilk olaraq hansı komitənin iclasının keçiriləcəyi tam dəqiq deyil”. Bu barədə deputat Vahid Əhmədov məlumat verib.
25 İyul 2016 14:03 Siyasət"Milli Məclisin ilk komitə iclası sentyabr ayının 1-dən başlayacaq. Hələ ki, ilk olaraq hansı komitənin iclasının keçiriləcəyi tam dəqiq deyil". Bu barədə deputat Vahid Əhmədov məlumat verib. Deputat bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklə bağlı parlamentin komitələrində yeni müzakirələr başlayacaq: "Cənab prezidentin irəli sürdüyü "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi ilə bağlı müvafiq komitələrdə geniş müzakirələr gözlənilir. Bununla bağlı olaraq yəqin ki, bir sıra qanunvericilik aktlarında da dəyişiklik olacaq" Milli Məclisin ilk plenar iclası isə komitə iclasları başa çatdıqdan sonra baş tutacaq. Yəni ilk plenar iclasın sentyabrın yarısından sonra, sonuna doğru baş tutacağı gözlənilir".