Siyasət

Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin nümayəndə heyətini qəbul edib

28 İyul 2016 17:38

Xarici işlər naziri Elmar MəmmədyarovBöyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azər Badamov: “Ermənistanın dövlət müstəqilliyi əldən gedib”

28 İyul 2016 15:24

“Ermənistanın aclıq və səfalətin içində olması, yaşamağa ayrı bir ümid yerinin qalmaması insanları dövlətə qarşı çıxmağına vadar edib. Belə bir böhranlı vəziyyətin yaranması isə Ermənistandakı cinayətkar rejimin fəaliyyətinin nəticəsidir”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Əliməmməd Nuriyev: "Dəyişikliklər Azərbaycanın inkişafında yeni dövr başladacaq"

28 İyul 2016 13:44

“Konstitusiyaya təklif edilən dəyişikliklər dünyada və ölkəmizdə gedən proseslərlə bağlıdır və indiki çağırışlara cavab verir. Dəyişikliklər xüsusilə iqtisadi inkişafın davamlılığını təmin etmək üçün önəmlidir”. Bunu SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Maddi-Texniki Təminat Baş İdarəsinin - Arxa Cəbhə İdarəsində ötən yarım ilin yekunları müzakirə edilib

28 İyul 2016 13:38

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin - Arxa Cəbhə İdarəsində müvafiq xidmət rəisləri ilə ötən yarım ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.

Konstitusiya dəyişiklikləri ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir

28 İyul 2016 13:34

“Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Sərəncamı ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”.

Azər Həsrət: “Aksiyalara çağırılanların imkanları artıq tükənib”

28 İyul 2016 13:04

“Ümumiyyətlə Azərbaycanda Referendumun keçirilməsi tam Konstitusiya və qanunlar çərçivəsindədir. Burada qanunsuz heç bir hərəkətə, əmələ yol verilmir. Təbii ki, Azərbaycan xalqı da bu referenduma öz münasibətini məhz həmin gün yəni konkret olaraq sentyabrın 26-da səsvermə günü bildirəcək. Beləcə, nəticələr də ona uyğun olaraq elan ediləcək”. Bunu SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət deyib.

Rusiya Ermənistana qoşun yeridəcəkmi?

28 İyul 2016 13:03

“Rusiyanın Dağlıq Qarabağın Azərbaycana qaytarılması üçün İrəvana qoşun yeritməsi ilə bağlı yayılan məlumatlar cəfəngiyatdır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Deputat: “Görüşlər Dağlıq Qarabağ probleminin həllinə təsirsiz ötüşməyəcək”

28 İyul 2016 13:01

“Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycanın dövlət başçısı İlham Əliyevlə, 9-da isə Rəcəb Tayip Ərdoğanla görüşəcək”. BunuSİA-ya millət vəkili Sahib Alıyev deyib.

"Konstitusiyaya ediləcək dəyişikliklər müsbət nəticələrini göstərəcək"

28 İyul 2016 12:59

“Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsi tərəfindən də dəstəkləndi. İndi isə söz xalqındır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail İbrahimli deyib.

Millət vəkili: “Praqmatik islahatlar modeli formalaşdırılıb”

28 İyul 2016 12:57

“İqtisadiyyatın tərəqqisi, demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazandığımız uğurların əsasında Prezident İlham Əliyevin apardığı siyasi kurs dayanır. İstər iqtisadi, istərsə də siyasi sahədə aparılan islahatlar daim inkişafa xidmət göstərir. Həyata keçirilən islahatlar ardıcıl və kompleks xarakter daşıyır”. Bunu SİA-ya millət vəkili Tahir Mirkişili deyib.

Türkiyədə məhşur otellər şəbəkəsinin sahibi də saxlanıldı

28 İyul 2016 12:38

15 iyul tarixində Türkiyədə baş verən çevriliş cəhdi ilə bağlı həbslər davam edir.

Minsk qrupunun son dövrlərdəki fəaliyyəti passivliyi ilə seçilir

28 İyul 2016 12:19

“Rusiyanın Cənubi Qafqaz siyasəti çoxəsrlik geostrateji maraqlara söykənir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Əli Qənbərli səsləndirib. Onun sözlərinə görə,  baxmayaraq ki, Dağlıq Qarabağ problemininin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərir və bu qrupun əsas üçlüyündən biri də Rusiyadır, amma, hadisələrin gedişatı onu göstərir ki, coğrafi yaxınlıq və siyasi maraq amili Rusiyanın bu probleminin həlli istiqamətində fərdi rolunu daha önəmli edir: “Nəinki, Minsk qrupunun üzvü olaraq.

Siyasi şərhçi: "Türkiyəni İslam dünyasında gözdən salmaq istəyirlər”

28 İyul 2016 12:05

“Pakistan və Misir partlamentlərinə qondarma erməni soyqrımının tanınması ilə bağlı təqdim olunan sənədlər erməni lobbisinin və bu lobbi ilə iş birliyində olan xarici dairələrin məqsədyönlü fəaliyyətidir. Bu addımla Türkiyəni İslam dünyasında gözdən salmaq istəyirlər”. BunuSİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Qonşu ölkədəki hadisələri diqqətlə izləməyə ehtiyac var

28 İyul 2016 11:25

“Ermənistanın qarışdığı indiki zamanda bir qədər gözləməyə və qonşu ölkədəki hadisələri diqqətlə izləməyə ehtiyac var”.