Qonşu ölkədəki hadisələri diqqətlə izləməyə ehtiyac var

“Ermənistanın qarışdığı indiki zamanda bir qədər gözləməyə və qonşu ölkədəki hadisələri diqqətlə izləməyə ehtiyac var”.

"Ermənistanın qarışdığı indiki zamanda bir qədər gözləməyə və qonşu ölkədəki hadisələri diqqətlə izləməyə ehtiyac var". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, indi Azərbaycan ordusu genişmiqyaslı hücuma başlasa, bu Ermənistan prezidenti Serj Sərkisyana cəmiyyətini konsolidasiya etməyə imkan verəcək: "Belə bir şəraiti isə ona yaratmaq olmaz. İmkan vermək lazımdır ki, bir-birləri ilə silahlı haqq hesablarını çəksinlər. Buna baxmayaraq, snayper döyüşlərinə ara verməməliyik, atəşkəsi pozan işğalçının itkilərini artırmalıyıq. 1993-cü ildə erməni işğalçıları Sürət Hüseynovun satqınlığından və Bakıda hakimiyyət uğrunda başlayan mübarizədən istifadə edərək işğalın miqyasını artırdılar, indi isə növbə bizə çatıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31