Siyasət

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək

24 Noyabr 2016 17:51

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib.

Müxalifətin mərkəzdəki partiyalar yox səviyyəsindədirsə... TƏRS BAXIŞ

24 Noyabr 2016 17:42

Rayon təşkilatları ümumiyyətlə mövcud deyil Ənənəvi müxalifətin son illərdəki zəifliyi və get-gedə siyasi arenadakı mövcudluğunu itirməsi prosesi indi daha sürətli hal alıb. Əgər nəzərə alsaq ki, AXCP, Müsavat, KXCP, Ümid və s. partiyaların Bakıdakı fəaliyyətləri tamamilə iflic vəziyyətdədir, bu zaman həmin partiyaların rayon təşkilatları ümumiyyətlə, yox səviyyəsindədir. Hətta bunu onların özləri də açıq şəkildə etiraf edirlər. Halbuki, partiyalar hər seçkilər öncəsi özündənmüştəbeh bəyanatlar verərək, “rayon təşkilatlarında konfranslar keçirilir” tipli başlıqlarla mediaya çıxıb icrimai rəyə yalan sırımaqla məşğul olublar. Çünki onların bir çox rayonlarda yerli şöbələri belə mövcud deyil. Həmçinin, AXCP və Müsavat kimi partiyaların bölgələrdə uzağı bir-iki təşkilatı var ki, onların fəaliyyətləri ümumiyyətlə kağız üzərindədir. Çünki faktlardan biri də rayon təşkilatlarında mərkəzlə fikir ayrılıqları yaşanır.

Karen Hill: "Azərbaycanda dövlət idarəçiliyinin daha yaxşı fəaliyyəti üçün potensial var"

24 Noyabr 2016 17:37

Azərbaycanda dövlət idarəçiliyinin daha yaxşı fəaliyyət göstərməsi üçün potensial vardır. Milli.Az xəbər verir ki, bunu Avropa İttifaqı (AI) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) idarəetmə və menecment sahəsində təkmilləşməyə birgə dəstək proqramı olan SİGMA-nın rəhbəri xanım Karen Hill Bakıda "Dövlət İdarəetmə Prinsipləri: Beynəlxalq təcrübə və inkişaf perspektivləri" mövzusunda keçirilən konfransda bildirib. O qeyd edib ki, tədbirin məqsədi Azərbaycanın iqtisadi və sosial inkişafı üçün səmərəli, məsuliyyətli, effektiv və şəffaf dövlət idarəçiliyinin həyata keçirilməsinin mühümlüyünü çatdırmaq, o cümlədən islahatlarla bağlı müvafiq tədbirləri müəyyən etmək və bu prosesə dəstək verməkdir.

Zaxarova: "İqor Popov həmsədr kimi fəaliyyətini davam etdirir"

24 Noyabr 2016 17:34

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmağa davam edir.

"Pakistan aprel döyüşlərində Azərbaycanı dəstəklədi" - Şarmazanov

24 Noyabr 2016 16:34

Pakistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasında (PA) müşahidəçi statusunun verilməsi məsələsi Ermənistan nümayəndə heyətinin səyi nəticəsində Şuranın gündəliyindən çıxarılıb. Olaylar.az  azvision.az-a istinadən xəbər verir ki, bu barədə KTMT PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Eduard Şarmazanov bildirib. 

Səfir: "Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca Azərbaycana qarşı haqsızlıq artır"

24 Noyabr 2016 16:28

Azərbaycan və Türkiyənin sağalmaz yarası Dağlıq Qarabağ münaqişəsidir. Bu münasiqə həll olunmadıqca qardaşımıza qarşı haqsızlıq getdikcə artır.

Prezident İlham Əliyev "Elektron ipoteka" ilə bağlı fərman verdi

24 Noyabr 2016 16:24

Prezident İlham Əliyev "Elektron ipoteka" sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

"Sarkisyan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, qoşunlarını işğal olunmuş ərazilərdən çıxarsın"

24 Noyabr 2016 16:11

"Ermənistan prezidenti həqiqətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda ilk addım kimi öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır".

“Ərəb dünyasında yaşananları bir qitənin və ya millətin fəlakəti sayanlar...”

24 Noyabr 2016 15:00

Zahid Oruc: “Cəmi on il sonra səhv etdiklərini yaxşı görəcəklər” “Yaxın Şərqin səhnələri oba-oba, oymaq-oymaq yerini dəyişir” Günümüzdə dünyanın müxtəlif regionlarında baş verən münaqişələr, silahlı toqquşmalar daha çox uşaqlara ciddi təsir göstərir, onların həyatlarına son qoyur. Təkcə münaqişələrin uşaqlara vurduğu ziyanlar bununla kifayətlənmir. Həmçinin onlar bu münaqişələr nəticəsində valideynlərini itirir, ev-eşiksiz qalır, təhsildən yayınırlar. Bu kimi acınacaqlı durumılar, başsız, valideyn himayəsindən kənarda qalan uşaqlar isə asanlıqla terror təşkilatlarının tələsinə düşür və onlardan canlı bomba kimi istifadə edirlər.

Böyük siyasətin bir fraqmenti: Yaxın Şərq və yeni dünya nizamı iddiaları

24 Noyabr 2016 14:29

İndi mütəxəssislər yeni dünya nizamı haqqında regional münaqişələr kontekstində danışmağı sevirlər. Burada bir məntiq vardır. Çünki Yer kürəsinin müxtəlif guşələrində özünü göstərən ixtilafların qlobal geosiyasi güclərlə əlaqəli olduğuna şübhə yeri qalmayıb.

Müxalifətin qapalı toplantısı keçiriləcək

24 Noyabr 2016 14:15

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinə daxil olan partiyaların növbəti toplantısı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda ölkədə mövcud siyasi-ictimai durum, qərarların icra vəziyyəti və cari məsələlər müzakirə edilib. Görüş iştirakçıları qarşıdan gələn siyasi dövrün detallarını analiz etmiş, baş verən proseslərdə müxalifət düşərgəsinin yerini dəyərləndiriblər. Ölkəni gözləyən yeni siyasi dönəmdə müxalifət qüvvələrinin münasibətlərinin yaxşılaşdırılmasının zəruriliyi vurğulanıb. Qərara alınıb ki, Mərkəzə daxil olan siyasi partiyaların təşkilatçılığı ilə növbəti həftə bir sıra siyasi qurumların iştirakı şəraitində qapalı müzakirə təşkil edilsin. İclasda bir sıra cari məsələlərə də baxılıb.

Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurmaqda davam edir

24 Noyabr 2016 13:21

"Şərq tərəfdaşlığı" proqramı ölkələrində mövcud olan həlli uzadılmış münaqişələr, o cümlədənDağlıq Qarabağ münaqişəsi Rumıniya və Avropa İttifaqında narahatlıq doğurmaqda davam edir".

The Prince Arthur Herald: "ABŞ Azərbaycana daha çox diqqət ayrımalıdır"

24 Noyabr 2016 13:07

Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycan ABŞ-ın və Qərbin maraq dairəsindən çıxıb. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu fikir Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katlerin "The Prince Arthur Herald" jurnalındakı məqaləsində yer alıb.

Elmar Məmmədyarov AŞPA –nın nümayəndə heyəti ilə görüşüb

24 Noyabr 2016 12:49

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

XİN xaricdəki azərbaycanlıların və Azərbaycandakı əcnəbilərin müraciətlərinə baxılması müddətini azaldıb

24 Noyabr 2016 12:29

Xarici İşlər Nazirliyinin (XİN) Kollegiyası “Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu üzrə inzibati reqlament”ə dəyişikliklər edib.