Siyasət

Atəşkəsin pozulması halları minimuma enib

24 Noyabr 2016 11:54

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azay Quliyev: "Təhqir və böhtana görə ən ciddi cəzalar verilməlidir"

23 Noyabr 2016 18:23

İstər həqiqi, istərsə də sax­ta pro­fil­lər vasitəsilə so­si­al şə­bə­kə­lər­də kimlərisə təh­qir etmək yol­ve­ril­məz­dir. Olaylar.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Cinayət Məcəlləsinə "İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə" maddəsinin əlavə edilməsinə münasibət bildirərkən deyib. A.Quliyev bildirib ki, müasir dövrdə kommunikasiya vasitələrinin inkişafı, xüsusilə ekspertlərin ən yeni media adlandırdığı "Feysbuk", "Tvitter", "Yutub", "İnstaqram", "Linkedin" və s. kimi sosial şəbəkələrin geniş yayılması informasiyanın daha asan və operativ əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir:

İndiki şərtlər daxilində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli mümkün deyil

23 Noyabr 2016 15:38

Elxan Şahinoğlu: “Qarşı tərəf Azərbaycan ordusunun daha böyük gücünü görməyənə qədər işğal altındakl torpaqları geri qaytarmayacaq” “Bloomberg” agentliyinin Azərbaycanın son 10 il ərzində silah alışına 22,7 milyard dollar xərcləməsi və bununla Avropada ən iri hərbi texnika idxalçısına çevrilməsi xəbəri müzakirə predmetinə çevrilib. Azərbaycanın ən iri silah idxalçısına çevrilməsi xəbəri xüsusilə Ermənistanda ciddi təşvişə səbəb olub. Elə bu səbəbdəndir ki, işğalçı ölkə də öz növbəsində adekvat addımlar atmağə qərarlaşdırıb. Hər halda Yerevanın Rusiyadan yeni silahlar alma istəyi də bu narahatçılıqdan qaynaqlanır.

Rufiz Qonaqov: “Ermənilər Ankarada özlərini ifşa etdi”

23 Noyabr 2016 14:42

NATO Parlament Assambleyasının 62-ci müdafiə və təhlükəsizlik toplantısı bır sıra tərəflərilə yadda qaldı. Regionda baş verən hərbi münaqişələrin əsas müzakirə mövzusu olduğu toplantı Türkiyənin bölgədə əsas güc mərkəzi olduğunu bir daha təsdiqlədi.  Mötəbər tədbirin Azərbaycan üçün də bir sıra özəllikləri oldu. Ən başlıcası strateji müttəfiqimiz olan Türkiyənin regiondakı siyasi və hərbi gücü etiraf edilmiş oldu. İkincisi, ölkələrin ərazi bütövlüyünün dəstəklənməsinə dair sənəd qəbul olundu ki, bu Azərbaycan üçün çox ciddi əhəmiyyət kəsb etdi. Üçüncüsü, erməni deputatlar müzakirələr zamanı ifşa olundular. Onların qeyri-peşəkar, səhvlərlə dolu sualları Türkiyə rəsmilərinə İrəvanı ifşa etmək və pis niyyətli olduqlarını sübut etmək üçün imkan yaratdı.

Tramp Ermənistanın işğal etdiyi torpaqların azad edilməsində Azərbaycana kömək edə bilər

23 Noyabr 2016 14:21

Donald Trampın ABŞ prezidenti seçilməsi vəziyyəti dəyişə bilər və Ermənistan tərəfindən işğal olunmuş torpaqların geri almasında Azərbaycana yardım edə bilər. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər Amerika Yəhudi Komitəsinin ictimaiyyətlə əlaqələr üzrə keçmiş rəhbəri, "Tool Shed Group"un rəhbəri Ceyson Katsın "The American Thinker" buraxılışındakı məqaləsində yer alıb.

Azərbaycan prezidenti: “Avropa Oyunlarını Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkil etmişik” -  YENİLƏNİB

23 Noyabr 2016 14:19

Azərbaycan prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

İlham Əliyev: “Azərbaycan beynəlxalq tədbirlərin keçiriməsində kifayət qədər təcrübəyə malikdir” - YENİLƏNİB

23 Noyabr 2016 14:17

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi və Avropa Kanoe Federasiyasının prezidenti Albert Vudsu qəbul edib.

Ekspert: “Minsk qrupu əhəmiyyətsiz bir qruma çevrilib”

23 Noyabr 2016 13:56

“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində faydasız bir quruma çevrilib”. Bunu SİA-ya açıqlamasında Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu deyib.

Ərdoğan: Avropa Parlamentinin qərarının bizim üçün heç bir əhəmiyyəti yoxdur

23 Noyabr 2016 13:38

Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqların dondurulması haqqında mümkün qərarı Ankara üçün heç bir əhəmiyyət kəsb etmir.

Netanyahu Azərbaycana dekabrın 13-də səfər edəcək

23 Noyabr 2016 12:44

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfərinin dəqiq tarixi məlum olub. Diplomatik mənbə APA-ya təsdiqləyib ki, baş nazir Azərbaycana dekabrın 13-də gələcək. B. Netanyahu Azərbaycanda bir gün qalacaq, növbəti gün Qazaxıstana yola düşəcək.

Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Sank-Peterburqa gedib

23 Noyabr 2016 12:39

Milli Məclisin (MM) sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti MDB PA-nın Şura, 45-ci plenar və təşkilatın daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə yola düşüb. MM-dən verilən məlumata görə, MM-in mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyətinin tərkibinə komitə sədrləri Əli Hüseynli, Arif Rəhimzadə, deputatlar Kamilə Əliyeva, Rasim Musabəyov, Malik Həsənov, Fəzail Ağamalı, Mirkazım Kazımov, Adil Əliyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digərləri daxildir. O. Əsədov MDB Parlament Assambleyasının Şura iclasına qatılacaq, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. İclasda qurumun 25 illiyinə hazırlıq tədbirləri, təşkilata üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Azərbaycanda və Tacikistanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilmiş referendumda qurumun nümayəndələrinin iştirakı, Belarus parlamentinə və Rusiya Dövlət Dumasına seçkilərin monitorinqi, Moldovada prezident seçkiləri barədə məsələlərə baxılacaq, təşkilatın gələn il üçün iş planı nəzərdən keçiriləcək.

Mövqelərimiz atəşə tutulub

23 Noyabr 2016 12:24

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Quşçu Ayrım və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Yaponiyalı jurnalist arzuolunmaz şəxslər siyahısından çıxarılıb

23 Noyabr 2016 12:19

Yaponiya vətəndaşı, “Mainichi” xəbər agentliyinin əməkdaşı Hitoşi Omae Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.