Siyasət

Prezident İlham Əliyev və xanımı II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə tanış olublar 

23 Noyabr 2016 12:16

Bakı Ekspo Mərkəzində II Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir.

"Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil"

23 Noyabr 2016 12:09

"Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil". Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Feysbuk"dakı səhifəsində yazıb.

Azərbaycan MDB məkanında ilk dördlükdədir

23 Noyabr 2016 12:07

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) tərtib etdiyi informasiya-kommunikasiya texnologiyalarının inkişafı indeksində 58-ci yer tutub. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu məlumat ITU-nun "İnformasiya cəmiyyətinin ölçülməsi-2016" hesabatında yer alıb.

AntiAzərbaycan simaları bir arada

22 Noyabr 2016 18:18

Milli xəyanətkar, milli satqınlarla birgə Qalmaqallı yazıları, "etibarlı mənbələrdən alınan informasiyalar" əsasında hazırlanan reportajları ilə “ad çıxaran” 62 yaşlı italyan jurnalist Milena Qabanelli Azərbaycan barədə həqiqətə uyğun olmayan məlumatlar sıralamaqdan əl çəkmək niyyətində deyil. Məsələ orasındadır ki, bütün İtaliya cəmiyyətinə kimliyinin bəlli olduğu Qabanelli islah olunmaq əvəzinə Avropada fəaliyyət göstərən erməni lobbisinin təsiri altında ölkəmizə qarşı şər və böhtanlar uydurnmaqdadır. Daha dəhşətlisi odur ki, “xanım” jurnalist antiAzərbaycan fəaliyyətində “sapı özümüzdən olan baltalardan” məharətlə istifadə edir. Daha dəqiq, layaqətini, şərəfini və ən həhayət vətəndaşlıq hissini itirmişləri Azərbaycana qarşı ustalıqla yönəldə bilir. Belə ki, "Report" proqramının sonuncu buraxılışında o, ləqəbinin nə qədər dürüst olduğunu bir daha sübut edib.

Malena Mard: "Avropa İttifaqı Azərbaycana dəstək olacaq"

22 Noyabr 2016 16:52

Avropa İttifaqı (Aİ) Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması üçün ölkəyə dəstək olacaq. Bu məqsədlə Avropa İttifaqı "Bakı Dəniz Ticarət Limanı" QSC-yə texniki yardım göstərəcək.

"Qarabağdakı vəziyyət bütün müsəlman və xristianlar üçün problem yaradır"

22 Noyabr 2016 16:50

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvada patriarxKirillə görüşüb. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, A.Paşazadə Dağlıq Qarabağda sülh səylərinə görə Rus pravoslav kilsəsinə minnətdarlığını bildirib.

Litva qəzetində Dağlıq Qarabağ münaqişəsi barədə məqalə dərc edilib

22 Noyabr 2016 16:24

Çikaqoda 1909-cu ildən nəşr edilən və Amerika, Avropa, Kanada və Avstraliyada yayılan “Drauqas” qəzeti dünyada ən qədim Litva qəzetidir. SİA-nın AZƏRTAC-a istinadən xəbərinə görə, Bu qəzetdə slaptai.lt internet-portalının baş redaktoru Gintaras Visotskasın “Erməni separatçıları tərəfindən buraxılan mərmilərin partladığı yerdə”, ““International Eurasia Press Fund”un rəhbəri Umud Mirzəyev: Azərbaycanın əsas vəzifəsi Dağlıq Qarabağı özünə qaytarmaqdır” və “Azərbaycanın Quba rayonu hansı faciəni xatırlayır?” adlı məqalələri dərc edilib.

"Ermənistan alman investorlar üçün cəlbedici deyil"

22 Noyabr 2016 15:29

Ermənistanda siyasi sabitliyin olmaması səbəbindən bu ölkə alman investorlar üçün cəlbedici deyil. SİA “aysor.am”a istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfiri Matias Kisler deyib. O bildirib ki, alman investorlar böyük bazarlar və siyasi sabitlik olan ölkələrə maraq göstərirlər: “Təəssüf ki, Almaniya mətbuatı Ermənistan və yaxud region barədə aktual xəbər başlıqlarında stabillikdən bəhs etmirlər. Xüsusilə Qarabağ münaqişəsindən yazılır. Belə xəbərlər kiçik və orta müəssisələr üçün maneələr yaradır, investisiya qoyluşuna  marağı azaldır. Bizim vəzifəmiz isə sahibkarlara investisiya imkanları barədə obyektiv məlumatları təqdim etməkdir”.

Azərbaycan beynəlxalq miqyasda dinamik tərəqqiyə malik olan dövlət kimi tanınır

22 Noyabr 2016 15:23

Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra mühüm strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır”.

“Dövlət Departamenti diplomatlarının Azərbaycandakı fəaliyyətinə onların sonuncu iş yeri kimi baxır”

22 Noyabr 2016 14:59

"Deyəsən Dövlət Departamenti diplomatlarının Azərbaycandakı fəaliyyətinə onların sonuncu iş yeri kimi baxır. Ceyms Uorlik Dövlət Departamentinin müxtəlif postlarında 30 il işlədikdən sonra Minsk Qrupuna həmsədr təyin olunur və buradan təqaüdə göndərilir”. "OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu çıxış edib. O, qeyd edib ki, nundan əvvəl isə nisbətən cavan Meytu Brazyanın Azərbaycandakı səfirlik müddətini artırmadılar və o, da Dövlət Departamentini tərk edərək, ictimai fəaliyyətə keçdi: “Lap əvvəl isə səfir Stenli Eskudero üçün Azərbaycandakı vəzifəsi onun sonuncu rəsmi iş yeri oldu”.

İran prezidentinin Ermənistan səfəri: Ruhani İrəvanda Azərbaycanı dəstəkləyəcək?

22 Noyabr 2016 14:02

Bu həftə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri planlaşdırılır. Ermənistan saytlarını izlədikdə bu nəticəyə gəlirəm ki, İrəvan əlindən gələn hər şeyi edəcək ki, səfər uğurlu keçsin, müxtəlif sazişlər imzalansın.

Cəhənnəmdə silahlanma yarışı və "qır qazanı"na yağ tökən...

22 Noyabr 2016 13:22

Ballistik raketlər, döyüş vertolyotları, reaktiv yaylım atəşi sistemləri, hətta  nüvə materiallarının qaçaqmalçılığı... Olaylar.az virtualaz-a istinadən xəbər verir ki, ABŞ-ın "The National İnterest" dərgisində yer alan məqalədə deyilir ki, bütün bunlar apreldə irimiqyaslı müharibə həddinə gəlib çıxmış Qarabağ münaqişəsinə görə münaqişədə olan Azərbaycanla Ermənistan arasında gedən ifrat silahlanma yarışının təzahürləridir. ABŞ-ın Corctaun Universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastian Roblin tərəfindən qələmə alınmış məqalədə göstərilir ki, təxminən Konnektikut və Nyu-Cersi ştatları böyüklüyündə olan bu iki ölkə arasında hökm sürən cəhənnəm alovuna yağ əlavə edən də var: Moskva hər iki tərəfə böyük miqdarda müasir silahlar verir.

Daxili və xarici siyasət kursu milli maraqların qorunmasına xidmət edir

22 Noyabr 2016 12:38

“Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri Milli Məclisin deputatı Sahibə Qafarova səsləndirib

Erməni kəşfiyyatçının aprel döyüşləri ilə bağlı etirafı...

22 Noyabr 2016 12:10

"Cəmi 2 nəfər xilas ola bildik" Milli.Az xəbər verir ki, aprel döyüşlərindən sonra erməni təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində Ermənistanın düşdüyü durum indi də bu ölkədə müzakirə mövzusu olaraq qalır. Müxtəlif televiziyalarda, internet saytlarında ölkənin hərbi-siyasi rəhbərliyinin səriştəsizliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyət şərh edilir, müxtəlif yazılar dərc olunur.

"Ölkələr arasında uğurlu əməkdaşlıq ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcək" - YENİLƏNİB 

22 Noyabr 2016 11:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib.