Siyasət

Güllə səsinə hana səsi qarışan HORADİZ

24 Yanvar 2017 15:17

Başqa vaxtı Horadizə səfər məni bu qədər həyəcanlandırmazdı. Əlbəttə, əgər Füzuli işğalda olmasaydı, dahi şairin adını daşıyan şəhərə ən yaxşı halda  Füzuli kantatasından yadımda saxladıqlarımı  zümzümə edə-edə gedərdim. Amma indi sözün əsl mənasında həyəcan vardı. 

Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidir

24 Yanvar 2017 15:09

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun qış sessiyasında fəallığı ilə seçilir. Belə ki, sessiyanın ilk günündə qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. İclas çərçivəsində komitənin yeni sədr seçkiləri baş tutub. Seçkilərdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova yekdilliklə yenidən bu komitənin sədri seçilib. Azərbaycanlı deputatın namizədliyi AŞPA-nın Avropa Mühafizəkarları Qrupu tərəfindən irəli sürülüb.

Münaqişənin həlli prosesi başlamadan atəşkəsin uzanmasına verilən dəstək rəsmi İrəvanın maraqlarına xidmət edir

24 Yanvar 2017 15:01

Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində cərəyan edən proseslər münaqişənin həllindən daha çox onun uzanmasına, çıxılmaz vəziyyət almasına gətirib çıxarır. Digər tərəfdən işğalçı ölkənin hər ötən gün daha da qabarıq şəkildə aqressivlik nümayiş etdirməsi cəbhədə vəziyyəti bir qədər də gərginləşdirir. Bu arada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvaya dəvət edilməsi isə yenidən diqqətləri şimal qonşumuza yönəldib. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbəndiyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Yanvarın 24-də isə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Rusiya Federasiyasına səfər edib. Ermənistan xarici işlər nazirinin ardınca Azərbaycan XİN rəhbərinin Rusiyaya dəvət edilməsi belə bir fikir formalaşdırıb ki, Kreml Dağlıq Qarabağ problemi ilə bağlı yeni bir görüş keçirmək niyyətindədir.

ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız kağız üzərindədir

24 Yanvar 2017 14:37

Ermənistan Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitini hələ də qaytarmaq istəmir. Bütün beynəlxalq və müharibə qanunlarını aşağılayan Ermənistan dövləti tərəfindən əsir saxlanılan Azərbaycan əsgərinin meyitinin geri qaytarılması istiqamətində rəsmi Bakının müvafiq beynəlxalq təşkilatlarla apardığı danışıqlar da təəssüflər olsun ki, müsbət nəticə vermir. Əksinə işğalçı ölkə tərəfindən əsgərimizin meyiti heç bir insani dəyərlərə sığmayacaq şəkildə təhqir edilir. Məlumat üçün qeyd edək ki, meyitin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edib. Həmçinin Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland da Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb. Lakin, nəticə yoxdur.

Əli Həsənov: Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi ilə bir çox bürokratik əngəllər aradan qalxacaq

24 Yanvar 2017 14:37

Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək.

Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı həmişə ön planda olub

24 Yanvar 2017 14:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 23-də imzaladığı fərman əsasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edilib. Sənədə əsasən, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi nəzərdə tutulub. 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinət müəyyən edilib. Dövlət başçısının imzalamış olduğu məlum fərman məcburi köçkünlər tərəfindən yüksək qiymətləndirilib. Sözügedən sənəd həmçinin Azərbaycan dövlətinin, onun prezidentinin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin hllinə, ümumilikdə Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına nə qədər diqqət yetirdiyini bir daha ortaya qoyub.

AŞPA həmməruzəçiləri Azərbaycana səfərləri barədə Monitorinq Komitəsində məlumat veriblər

24 Yanvar 2017 14:25

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası olub.

"Azərbaycanın məcburi köçkünlərlə bağlı siyasəti digər dövlətlərə nümunə göstərilir"

24 Yanvar 2017 13:56

"Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyev tərəfindən imzalanan fərman həmin kateqoriyadan olan ailələr üçün çox müsbət tədbirlərdəndir".

Deputat: "Fərman zamanında və düzgün atılan addımdır"

24 Yanvar 2017 13:32

“Dünyada mövcud olan iqtisadi böhran nəticəsində ölkədə müəyyən qiymət artımlarını başqa səmtə yönəltməyə çalışırlar. Lakin Prezident İlham Əliyevin son bir neçə gün ərzində həm minimum əmək haqlarının, həm pensiyaların sığorta hissəsinin artırılması, həm də ötən gün məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanları göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması Dövlət başçısının hər zaman diqqətindədir”. Bunu açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Fəttah Heydərov: "Məcburi köçkünlərə göstərilən qayğı davamlı olacaq" 

24 Yanvar 2017 13:30

“Azərbaycan Prezidenti ölkədə aparıcı qüvvə olaraq bütün təbəqələrin sosial rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin cənab Prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir”. Bunu jurnalistlərə açıqlamasında millət vəkili, Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov deyib.

“Prezidentin fərmanı bütövlükdə bu sistemin effektivliyinin artırılmasına yönəlib”

24 Yanvar 2017 13:29

“Dövlətin sosial xərclərinin əsas məqsədlərindən biri sosial qayğıya və təminata ehtiyaca olan vətəndaşlara həyat şəraitinin təmin olunmasında yardım etməkdir”. Bunu Tahir Mirkişili   Prezidentin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanını şərh edərkən bildirib.

"Ermənistanın siyasi və diplomatik sistemində çalışanların aşağı səviyyəsi təəccüb və istehza doğurur"

24 Yanvar 2017 12:51

"Ermənistanın siyasi və diplomatik sistemində çalışan şəxslərin aşağı səviyyəsi təəccüb və istehza doğurur". Bunu Ermənistan prezidenti Serj Sarkisyan və Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın dediklərini şərh edərkən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Dövlət Duması Azərbaycanda səyyar iclas keçirəcək

24 Yanvar 2017 12:44

Rusiya Dövlət Duması 2017-ci il üçün beynəlxalq səfərlər planında dəyişikliklər edib. Qərar bu il üçün Rusiya federal büdcəsinin qəbul olunmasından və AŞPA qış sessiyasında iştirakdan imtina etdikdən sonra qəbul olunub. 

Biz QHT nümayəndələri olaraq AŞPA-ya öz müraciətimizi göndərdik

24 Yanvar 2017 12:27

“Mediada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasına dair bir qrup vətəndaş cəmiyyətinin, jurnalistin və hüquqşünasın müraciət etdiyi barədə xəbər yayılmışdı. Bu məsələ aşkara çıxarılanda təəssüfləndim ki, orada mənim şəxsən tanıdığım, az-çox hörmət etdiyim adamların da adları var idi”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.