Siyasət
Dövlət Gömrük Komitəsi əməkdaşlarının maaşlarına əlavələr artırıldı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Vüqar Rəhimzadə: Cənab Prezidentin Fərmanı məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür
“Möhtərəm Prezidentimiz hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxlayır və onların həllinə nail olur. Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı cənab İlham Əliyevin vurğuladığı kimi, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb. Əməkhaqqı və pensiyalar artırılıb, yeni sosial obyektlər istifadəyə verilib, insanları narahat edən problemlər aradan qaldırılıb. Bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir”.
İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında sərəncam imzaladı
Prezident İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında sərəncam imzalayıb.
İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün 4 milyon manat ayrıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Astana görüşündən sonra nələr olacaq? - Ekspert rəyi
Astana görüşündən sonra Suriya ilə bağlı müəyyən irəliləyişlər ola bilər. Bunu politoloq Arzu Nağıyev Astana görüşünü şərh edərkən deyib.
Beynəlxalq cinayətlərə dair qanun layihəsi ictimai müzakirəyə çıxarılacaq
Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasını əks etdirən yeni “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin son variantı fevralın birinci yarısında ictimai müzakirəyə çıxarılacaq.
"Ayağımı hələ də ölməmiş bir qızın sinəsinə qoyaraq bataqlığı keçdim" - Niderlandda erməni vəhşiliyi ilə bağlı MƏQALƏ
Niderlandda yaşayan soydaşımız Vüqar Abbasovun Niderland saytlarının birində növbəti yazısı dərc edilib. Yazıda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından, Xocalı soyqrımından bəhs olunub. Müəllif erməni jurnalistinin yazdıqlarından da yazıda sitat verib. Yazıdan seçmə: "Bundan başqa, erməni jurnalist Davud Xeyriyan da hadisələrin şahidi olub və o, bu barədə yazır: "Bəzən cəsədlərin üstündə yeriməli olurduq. Daşbulağa yaxın bir yerdə bir bataqlıqdan keçmək üçün, oranı cəsədlərlə doldurub bizə yol açdılar. Mən cəsədlərin üzərində yeriməkdən imtina etdim. Sonra polkovnik Ohanyan məni qorxudaraq əmr etdi ki, keçim və dedi ki, bu müharibənin qanunlarından biridir. Mən ayağımı 9-10 yaşlarındakı, hələ də ölməmiş bir qızın sinəsinə qoyaraq getdim... Mənim ayaqlarım, foto aparatım qanının içində idi... " (Mənbə: "Xaç naminə" kitabı)."
Deputat: "Azərbaycan regionda sülhün bərpa olunması üçün platforma yaradıb"
Ermənistanın AŞPA-dakı nümayəndələri çıxışları zamanı öz ölkələrində qanun pozuntularından diqqəti yayındırmaq üçün Azərbaycanı qaralamağa çalışır.
"GUAM-dakı əməkdaşlıq daha da inkişaf edəcək"
"Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM" çərçivəsində əməkdaşlıq son dövrlərdə daha da fəallaşır. Bunu jurnalistlərə Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka deyib.
İtaliyada Azərbaycan əleyhinə təxribatlar: Bakı Rusiyadan şübhələnir...
Azərbaycan qazını Avropaya çıxarmalı olan Trans-Adriatik qaz kəməri layihəsi (TAP) İtaliyada «ilişib». Kəmər İtaliyanın Apuliya vilayətindəki qədim zeytun bağları və əl dəyməmiş çimərliklərindən keçir. Bu gəzib-görməli yerlərsə İtaliyanın turizm sənayesindən ötrü xüsusi əhəmiyyət daşıyır. Bu da təbiətsevərlərin, yerli təbiəti mühafizə təşkilatlarının ciddi etirazına səbəb olub.
Ermənistanda iqtisadi vəziyyət o qədər çətinləşir ki,…
Ermənistanın Bakı-Axalkalaki-Qars dəmiryolundan istifadə etmək istəyi, artıq gündəmdədir. Ermənistanın nəqliyyat naziri bununla bağlı danışıqlar aparacağını, yüklərin daşınmasını bu imkandan istifadə edəcəklərini qeyd edib. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun regional layihələrdən kənarda qalmasına səbəb olub: “Bu səbəb ortadan qalxmayınca, Ermənistanın bu imkandan faydalacağı qeyri-mümkündür.
TƏCİLİ: "Donald Tramp Qarabağ məsələsini həll edib"
Fərmandan irəli gələrək şəffaflıq tam təmin olunacaq” -ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Moldova XİN rəhbərinin müavini Azərbaycana səfər edəcək
"Cari il fevralın 27-28-də Bakıda Azərbaycan və Moldova xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək". Bunu Moldovanın Azərbaycandakı səfiri Georgi Leuka deyib.
"Məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi sosial ədalətin tam təminatıdır"
"Azərbaycan prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı sosial ədalətin tam təminatıdır".














