Ermənistanda iqtisadi vəziyyət o qədər çətinləşir ki,…
Ermənistanın Bakı-Axalkalaki-Qars dəmiryolundan istifadə etmək istəyi, artıq gündəmdədir. Ermənistanın nəqliyyat naziri bununla bağlı danışıqlar aparacağını, yüklərin daşınmasını bu imkandan istifadə edəcəklərini qeyd edib. “OLAYLAR”-ın xəbərinə görə, məsələ ilə fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun regional layihələrdən kənarda qalmasına səbəb olub: “Bu səbəb ortadan qalxmayınca, Ermənistanın bu imkandan faydalacağı qeyri-mümkündür.
24 Yanvar 2017 16:14 SiyasətPolitoloq: "Hakimiyyət ümidini, Azərbaycanın lahiyəsi-ipək yoluna qoşulmasına bağlayıb"
Ermənistanın Bakı-Axalkalaki-Qars dəmiryolundan istifadə etmək istəyi, artıq gündəmdədir. Ermənistanın nəqliyyat naziri bununla bağlı danışıqlar aparacağını, yüklərin daşınmasını bu imkandan istifadə edəcəklərini qeyd edib. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun regional layihələrdən kənarda qalmasına səbəb olub: "Bu səbəb ortadan qalxmayınca, Ermənistanın bu imkandan faydalacağı qeyri-mümkündür. Azərbaycanın məhz siyasəti Ermınistanı blokadada saxlamaqdadır. Vurğulamaq lazımdır ki, Bakı-Axalkalaki-Qars dəmir yolunda əsas söz sahibi Azərbaycandır. Həmçinin Türkiyə ilə Ermənistan arasında rəsmi iqtisadi-ticari əlaqələrdə yoxdur. Ermənistan rəhbərliyi bu kimi məsələləri bilərək, dəmir yoldan istifadə imkanlarını qabartması ilə, görünür beynəlxalq təşkilatların və bəzi dövlətlərin buna ciddi yanaşacağını, proseslərə təsir göstərəcəyini sanır. Təbii ki, Ermənistan nə qədər ki, işğal siyasətini davam etdirir, regional lahiyələrdən təcrid olunması davam edəcək. Qeyd edim ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər hansı irəliləyiş olarsa, nəticə etibarilə Ermənistan ətraf rayonları boşaldarsa, Ermənistanın regional lahiyələrdən xüsusilə Bakı-Axalkalaki-Qars lahiyəsindən faydanlanması reallaşa bilər". Politoloqun sözlərinə görə, Ermənistanda iqtisadi vəziyyət o qədər çətinləşir ki, hakimiyyət ümidini, Azərbaycanın lahiyəsi-ipək yoluna qoşulmasına bağlayıb: " Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən bu layihə Ermənistanın tranzit ölkə statusunu heçə endirir. İranla -Ermənistan arasında nəzərdə tutulan dəmiryol xəttinin gerçəkləşməməsi isə, bu ölkənin beynəlxalq tranzit əlaqlərdən kənarda saxlamaqdadır. Həmçinin nəqliyyat və iqtisadi blokadasını gücləndirir. Bakı-Axalkalaki-Qars dəmiryolu xəttindən İran və Mərkəzi Asiya ölkələri istifadə etməklə, Azərbaycanın beynəlxalq və regional əhəmiyyətini artırır".