Münaqişənin həlli prosesi başlamadan atəşkəsin uzanmasına verilən dəstək rəsmi İrəvanın maraqlarına xidmət edir

Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində cərəyan edən proseslər münaqişənin həllindən daha çox onun uzanmasına, çıxılmaz vəziyyət almasına gətirib çıxarır. Digər tərəfdən işğalçı ölkənin hər ötən gün daha da qabarıq şəkildə aqressivlik nümayiş etdirməsi cəbhədə vəziyyəti bir qədər də gərginləşdirir. Bu arada Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvaya dəvət edilməsi isə yenidən diqqətləri şimal qonşumuza yönəldib. Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Edvard Nalbəndiyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Yanvarın 24-də isə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Rusiya Federasiyasına səfər edib. Ermənistan xarici işlər nazirinin ardınca Azərbaycan XİN rəhbərinin Rusiyaya dəvət edilməsi belə bir fikir formalaşdırıb ki, Kreml Dağlıq Qarabağ problemi ilə bağlı yeni bir görüş keçirmək niyyətindədir.

Elxan Şahinoğlu: "Ermənistan hakimiyyəti bu yolla status-kvonu mümkün qədər uzatmağa çalışır"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfərindən real nəticə gözlməyə dəyməz. Onun sözlərinə görə, sadəcə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir neçə gün əvvəl erməni həmkarı Edvard Nalbandyanı Moskvaya dəvət etmişdi: "Balans" pozulmasın deyə indi də azərbaycanlı həmkarını fikir mübadiləsi üçün çağırıb. Sergey Lavrov münaqişənin həllinə baxışını məlum mətbuat konfransında bildirib və bu "həll" Azərbaycanın maraqlarına cavab vermir. Ona görə də Sergey Lavrovun mövqeyində bir neçə günün içində dəyişiklik gözləmək yersizdir. Hesab edirəm ki, Rusiyanın XİN rəhbəri həmkarları ilə görüşdə onlara atəşkəsə riayət etməyə çağıracaq. Bu da Azərbaycanın maraqlarına ziddir. İşğalçı daima təzyiq altında saxlanılmalıdır. Münaqişənin həlli prosesi başlamadan atəşkəsin uzanmasına verilən dəstək rəsmi İrəvanın maraqlarına xidmət edir". Politoloq qeyd edib ki, elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu günlərdə ölkənin hərbi elitası ilıə keçirdiyi görüşdə bunu açıq-aşkar bəyan etdi: "Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində "N" hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak etdi. İlham Əliyev hərbçilər qarşısında çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Ermənistan prezidenti Serj Sərkisyanın adını çəkmədən hər ikisinin cavabını verdi. "Erməni işğalçı qüvvələrin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT qətnamələrini kimsə unudubsa, biz bunu yada sala bilərik. Ermənistan bu qətnamələrə məhəl qoymur və işğalçı ölkəyə heç bir təzyiq göstərilmir" - prezidentin bu açıqlaması mesaj idi. İlham Əliyevin hərbçilər qarşısında çıxışı zamanı dediyi "Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir" cümləsi də Rusiyaya aiddir. Ermənistanın hansı dövlətdən asılı olduğunu hamı bilir. Prezidentin "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya belə qəbul edir" fikri isə bir daha Serj Sərkisyana xəbərdarlıqdır". Mərkəz rəhbəri Ermənistan prezidenti Serj Sərkisyan yanvarın 20-də aprel ayında 4 günlük savaşda iştirak edən və tərxis olunan hərbçilərlə çay süfrəsi arxasında görüşünə də toxunub. Bildirib ki, Serj  Sərkisyanın görüşdəki çıxışının və verdiyi cavabların əsas tezirləri bunlar idi: "Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqların boşaldılmasından söhbət belə gedə bilməz. Ermənistan münaqişənin həllinə bugünkü qədər yaxın olmayıb və beynəxalq vasitəçilər İrəvanın mövqeyini dəstəkləyir. Madrid prinsipləri statusun müəyyənləşməsini diqtə edir. İrəvan silah almaqda Bakı ilə ayaqlaşa bilməsə də, Ermənistanın müdafiə xarakterli kifayət qədər silahı var. Serj Sərkisyanın bu tezisləri sübut edir ki, Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlar prosesi İrəvanı qane edir və Ermənistan hakimiyyəti bu yolla status-kvonu mümkün qədər uzatmağa çalışır. Onun hərbçilər qarşısında çıxışında və verdiyi cavablarda Rusiyanın adını çəkmədi. Halbuki, Rusiyanın Ermənistana pulsuz verdiyi silahlar olmasa, İrəvan müdafiəsini gücləndirə bilməz".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31