Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidir
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun qış sessiyasında fəallığı ilə seçilir. Belə ki, sessiyanın ilk günündə qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. İclas çərçivəsində komitənin yeni sədr seçkiləri baş tutub. Seçkilərdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova yekdilliklə yenidən bu komitənin sədri seçilib. Azərbaycanlı deputatın namizədliyi AŞPA-nın Avropa Mühafizəkarları Qrupu tərəfindən irəli sürülüb.
24 Yanvar 2017 15:09 SiyasətSəməd Seyidov: "Qeyri-hökumət təşkilatları, müxtəlif dairələr Avropa Şurasına öz diktələrini yeritmək istəyirlər"
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun qış sessiyasında fəallığı ilə seçilir. Belə ki, sessiyanın ilk günündə qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. İclas çərçivəsində komitənin yeni sədr seçkiləri baş tutub. Seçkilərdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova yekdilliklə yenidən bu komitənin sədri seçilib. Azərbaycanlı deputatın namizədliyi AŞPA-nın Avropa Mühafizəkarları Qrupu tərəfindən irəli sürülüb.
Qeyd edək ki, Sahibə Qafarova ilk dəfə bu komitəyə 2016-cı ilin yanvar ayında sədr seçilib. Ardınca qurumun qış sessiyasının plenar iclasında ölkəmizin bu qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının fəal olmağa çağırıb: "Avropa Şurasında biz öz dəyərlərimizi qorumalıyıq. Avropa Şurasındakı parlamentarilər kiminsə alətinə çevrilməməlidirlər. Qeyri-hökumət təşkilatları, müxtəlif dairələr Avropa Şurasına öz diktələrini yeritmək istəyirlər. Ancaq Parlament Assembleyası onlara qulaq asıb onların diktəsi altında işləməməlidir". Nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bu məsələ hələ də gündəmdədir. AŞPA prezidenti bu gün açılış nitqində də bunu qeyd edərək bildirib ki, Avropa Şurasından bir alət kimi, ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər və bunun qarşısı alınmalıdır: "Biz hesab edirik ki, bu gün Parlament Assambleyasında baş verən hadisələr, yəni müxtəlif qeyri-hökumət təşkilatlarının Parlament Assembleyasına Azərbaycanla bağlı göndərdiyi müraciətlər məhz belə məqsəd daşıyır. Onlar çalışırlar ki, Parlament Assembleyası hörmətini itirsin və AŞPA-da parçalanma proseslərinə yol açsınlar. Buna yol verilməməlidir". Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iş günündə Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Kipr Respublikasının xarici işlər naziri İoannis Kasolides hesabat məruzəsi ilə çıxış etdikdən sonra ona ünvanlanan sualları cavablandırıb. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupunun adından Nazirlər Komitəsi sədrinə belə bir sualla müraciət edib: "Yeni demokratiya ölkələrinin bir hissəsində 2017-ci il "Ümumdünya ailə ili" elan edilib. Avropa Şurası 47 üzv ölkəni birləşdirən böyük ailədir. Amma bizim bu ailə nümunəvi ailə hesab edilə bilməz, çünki onun sıralarında digər ailə üzvünün ərazilərini işğal etmiş üzvlər də var. Avropa Şurası bunu rəsmi qətnamələrində də təsdiqləyib. Belə bir reallıq mötəbər beynəlxalq təşkilat üçün utandırıcı bir haldır. Yeni başlanan bu "Ailə ili"nin nəcib çağırışlarına cavab olaraq Avropa Şurası nəhayət ki, normal bir ailəyə çevrilmək üçün öz sıralarındakı işğalçını kənarlaşdırmaq, yaxud onun digər üzv dövlətə qarşı təcavüzünə son qoymaq üçün hansı qətiyyətli tədbirlər görə, konkret addımlar ata bilər?" Nazirlər Komitəsinin sədri bu suala cavab verərək bildirib ki, Avropa Şurası münaqişələrin həllinə bilavasitə cavabdeh olan təşkilat olmasa da, onun da öhdəsinə bu istiqamətdə bir çox vacib vəzifələr düşür. Avropa Şurası ilk növbədə çalışır ki, üzv ölkələrdə mövcud münaqişələrin həllinə öz töhfəsini versin: "Bizim üçün ən ali vəzifə bu problemlərin hamısını insan haqlarına hörmət və qanunun aliliyi müstəvisində həyata keçirməkdir. Üzv ölkələr arasında münaqişələr və onların həlli istiqamətində yollar axtarışı məsələsi Nazirlər Komitəsinin 2016-cı ilin mayında keçirilən nazirlər toplantısının başlıca mövzusu olub. Biz gələcəkdə də bu istiqamətdə səylərimizi daha çox səfərbər edəcəyik". Təşkilatın büro və daimi komitəsinin hesabatları ətrafında müzakirələrə qatılan Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə ölkəmizlə Avropa Şurası arasında uğurla davam edən əlaqələrdən danışıb: "Növbəti dəfə ötən müddətdə görülən işləri, inkişaf kimi qiymətləndirilə biləcək məqamları təhlil edərkən ölkəmin timsalında həm təşkilatın, həm də Azərbaycanın uğuru sayılmağa layiq olan bir sıra irəliləyişlərə diqqəti çəkmək istərdim. 2016-cı il Azərbaycan üçün son dərəcə əlamətdar olub. Oktyabrda ölkənin 70 illik mübarizədən sonra öz müstəqilliyini yenidən bərpa etməsinin 25 ili tamam oldu. Nəzərə alsaq ki, XX əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublika quran Azərbaycanın müstəqilliyi iki ildən də az sürmüşdü, onda 25 ilin kifayət qədər sanballı bir yubiley olduğunu görürük. Azərbaycan bu 25 ilin 15-ni Avropa Şurası ailəsində keçirib. Demokratik təsisatların bərqərar olması, hüquqi dövlət quruculuğu, insan haqlarının daha geniş çərçivədə təmin edilməsində, bu müddətdə qazanılan nailiyyətlərdə Avropa Şurasının danılmaz payı var. Sevindirici haldır ki, Avropa Şurasının indi təhlil etdiyimiz dövrdəki fəaliyyətləri kontekstində də Azərbaycanın əhəmiyyətli irəliləyişləri olub". Konkret nümunələr üzərində dayanan deputat R. Hüseynov avropalı parlamentarilərə Azərbaycanın mətbuat həyatında baş vermiş və Avropa Şurası hesabatlarında əksini tapmış nailiyyətlərini xatırladıb: "Arxada qalan sessiya dönəmində hazırlanmış və bu sessiyada müzakirəyə çıxarılan məruzələrdə də ölkənin mətbuat həyatında müşahidə edilən tərəqqini görə bilərik. Lakin bu heç də hamısı deyil. Qeyri-hökumət təşkilatları ilə bağlı işin təşkili və Avropa Şurasının çağırışları müstəvisində bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində atılan addımlar da aydın müşahidə edilən inkişaf göstəriciləridir". Azərbaycan nümayəndə heyətinin üzvü Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ məsələsi ilə bağlı da irəliləyiş sayıla biləcək məqamlar üzərində dayanıb. R. Hüseynov Avropa Şurası baş katibinin münaqişə ilə bağlı bir qədər əvvəl verdiyi bəyanatı yüksək qiymətləndirərək deyib: "Avropa Şurası baş katibinin Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində gərginliyin azaldılması ilə bağlı yayılan bəyanatı da mahiyyət etibarı ilə inkişafa köklənmiş addım kimi dəyərləndirilməlidir. Beynəlxalq təşkilatların və sülh missiyalı qurumların təkidlərinə baxmayaraq, Ermənistanın həlak olmuş Azərbaycan əsgərinin cəsədini qaytarmamasına Avropa Şurası rəhbərliyinin ani reaksiyası və məsələni təxirə salınmadan qeyd-şərtsiz həll etməyə çağırması həqiqi mənada ciddi inkişaf əlamətidir. Çoxdan davam edən münaqişənin həlli istiqamətində Avropa Şurasının yanaşmaları adətən belə operativ və qətiyyətli olmayıb. İndiki halda dərhal nümayiş etdirilmiş belə konkret mövqeyi münaqişənin həlli yolunda təşkilatımızın fəallığını artırmaq niyyətinin ifadəsi kimi qəbul etmək olar. Nəzərə alsaq ki, Avropa Şurasının indi müzakirə etdiyimiz vaxt kəsiyində həll olunmamış münaqişələrlə bağlı ayrıca bir alt komitə yaradaraq onu hərəkətə gətirmək cəhdləri də olub, onda bu sahədə inkişafın kifayət qədər ciddiləşdiyini təsdiqləməyə əsaslarımız daha da artır. Parlament Assambleyası sədrinin münaqişə tərəflərini təmsil edən deputatlarla ardıcıl görüş və müzakirələr keçirməsi də müsbət hal kimi dəyərləndirilməlidir. Bütün bunların davamı kimi, Bakıda erməni və azərbaycanlı fəalların təşəbbüsü ilə baş tutmuş yetərincə konstruktiv görüş və müzakirələr, işğalı pisləyən, problemi demokratik vasitələrlə həll etmək məramlı "Azərbaycan-Ermənistan sülh platforması"nın sıralarının getdikcə genişlənməsi ümidləri xeyli artırır. Arzu edərdim ki, götürülmüş bu temp zəifləməsin, biz daimi komitə və büronun növbəti inkişaf məruzəsində üzv dövlətlər arasındakı istər bu, istərsə də digər bu qəbildən olan münaqişələrin həlli istiqamətində daha nəzərəçarpacaq irəliləyişlərin əldə edilməsinə şahid olaq".
Alim