ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız kağız üzərindədir
Ermənistan Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitini hələ də qaytarmaq istəmir. Bütün beynəlxalq və müharibə qanunlarını aşağılayan Ermənistan dövləti tərəfindən əsir saxlanılan Azərbaycan əsgərinin meyitinin geri qaytarılması istiqamətində rəsmi Bakının müvafiq beynəlxalq təşkilatlarla apardığı danışıqlar da təəssüflər olsun ki, müsbət nəticə vermir. Əksinə işğalçı ölkə tərəfindən əsgərimizin meyiti heç bir insani dəyərlərə sığmayacaq şəkildə təhqir edilir. Məlumat üçün qeyd edək ki, meyitin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edib. Həmçinin Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland da Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb. Lakin, nəticə yoxdur.
24 Yanvar 2017 14:37 SiyasətRazi Nurullayev: "Ermənistanın əsgərimizin meyitini qaytarmaması Azərbaycan dövlətçiliyinə həqarətdir"
Ermənistan Azərbaycan əsgəri Çingiz Qurbanovun meyitini hələ də qaytarmaq istəmir. Bütün beynəlxalq və müharibə qanunlarını aşağılayan Ermənistan dövləti tərəfindən əsir saxlanılan Azərbaycan əsgərinin meyitinin geri qaytarılması istiqamətində rəsmi Bakının müvafiq beynəlxalq təşkilatlarla apardığı danışıqlar da təəssüflər olsun ki, müsbət nəticə vermir. Əksinə işğalçı ölkə tərəfindən əsgərimizin meyiti heç bir insani dəyərlərə sığmayacaq şəkildə təhqir edilir. Məlumat üçün qeyd edək ki, meyitin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edib. Həmçinin Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland da Ermənistanı Azərbaycan əsgərinin meyitini qaytarmağa çağırıb. Lakin, nəticə yoxdur.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev hesab edir ki, bu beynəlxalq təşkilatların çarəsizliyinin, yaxud məsələyə soyuq, ögey münasibətinin bariz göstəricisidir: "Necə ola bilər ki, Ermənistandan qaçaraq ölkəmizə sığınan erməni ailələrini yüksək səviyyədə qəbul edən, ölkəmizdə və xaricdə erməni kilsələrini pulsuz qazla təmin edən Azərbaycan respublikasının əsgərinin meyiti erməni əsirliyində saxlanılsın, təhqir edilsin? Bu qəbuledilməzdir, bu aidiyyatı beynəlxalq qurumların ayıbıdır. Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq beynəlxalq qurumlardan bu biyabırçılığa son qoymalarını tələb edirik". Partiya sədri bildirib ki, Azərbaycan hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi və bu kimi təşkilatların ölkə ərazisində fəaliyyət göstərməsinə lazımı şərait yaradıbsa, o zaman taptalanan hüquqlarımızın da bərpası üçün onlara təzyiq göstərilməli, lazımı tələblər irəli sürülməlidir: "Əks halda bu təşkilatların ölkədə fəaliyyət göstərməsinin heç bir anlamı yoxdur. Eyni zamanda bu hadisə bir daha onu göstərdi ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti yalnız kağız üzərindədir, şou xarakterlidir və turist səfərləri etməkdən ibarətdir. Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin insanlıq adına utanc verici olan bu məsələyə reakasiyası da bu təşkilatın imicinə yaraşmır. Onu da qeyd edək ki, Azərbaycan hökumətinin beynəlxalq təşkilatlara necə lazımdır təzyiq göstərmək təcrübəsi var. Zamanında hökumət dövlətçiliyə qarşı fəaliyyət göstərməkdə ittiham etdiyi bir neçə beynəlxalq təşkilatın fəaliyyətinə bir qərarla son qoydu, onları ölkədən qovdu. Əgər dövlətçiliyə qarşı təhlükə varsa, biz də bu qərarların arxasındayıq, dəstəkləyirik. Amma, bu gün Ermənistanın bu hörmətsizliyi, həmçinin aidiyyatı beynəlxalq qurumların bu məsələyə belə soyuq yanaşması da birbaşa Azərbaycan dövlətçiliyinə zərbədir, həqarətdir". Razi Nurullayev hesab edir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın xarici ölkə səfirklikləri və nümayəndəlikləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cenevrədə yerləşən iqamətgahının qarşısında minlərlə həmyerlimizin iştirak etdiyi davamlı etiraz aksiyası keçirməli idilər: "Gərək həmvətənlərimiz BMT-nin qarşısında sədd qurub BMT Baş Katibini ofisinə keçməyə qoymayaydlar, ATƏT-in ofisinin işi gərək iflic olaydı və s. Əgər Azərbaycan əsgərinin müharibə qanunlarına zidd olaraq meyiti əsirlikdə saxlanılırsa, təhqir olunursa, dolayı yolla bütün Azərbaycan xalqı, Azərbaycan şəhidləri aşağılanırsa artıq bundan ciddi "siqnal" ola bilməz, bu SOS-dur. Bu artıq bizim üçün "olmaq, yaxud olmamaq" məsələsidir. Bir dövlət, bir xalq bundan artıq təhqirə məruz qala bilməz". Partiya sədri deyir ki, beynəlxalq qurumlara lazimı, sərt reaksiya verilməli, qarşılarına konkret tələb qoyulmalı və ən qısa zamanda şanlı Azərbaycan əsgərinin, şəhidinin nəşi yurduna, gözü yaşlı qalan, qəlbi yaralı valideyinlərinə, xalqına geri qaytarılmalıdır: "Əks halda xalq bu təhqirə dözməyəcək. Çünki, Ermənistanın bizə qarşı bu ləyaqətsizliyini də qəbul etsək, bir daha alnımıza yaxılan ləkəni silə bilməyəcəyik".
Füzuli