Siyasət
Suriya ilə bağlı Rusiya-İran-Türkiyə əməkdaşlığını uzunmüddətli görürük
"Rusiya, İran və Türkiyənin Suriyaməsələsi ilə bağlı əməkdaşlığını konstruktiv və uzunmüddətli görürük". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Ərdoğan Trampla görüşmək istəyir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib.
Azərbaycan prezidenti Ukrayna sosial siyasət nazirini qəbul edib - YENİLƏNİB
Azərbaycan rrezidenti İlham Əliyev Ukraynanın sosial siyasət naziri Andrey Revanı qəbul edib. Ukraynanın sosial siyasət naziri Andrey Reva Bakı şəhərinin gözəlliyinin onda dərin təəssürat yaratdığını deyib.
Azərbaycan MN Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin iddialarına cavab verib
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Movses Akopyanın növbəti dəfə məsuliyyətsiz və populist çıxışı bizi heç də təəccübləndirmir. Məlumatda qeyd olunur ki, qarşı tərəfin cinayətkar hərbi-siyasi rəhbərliyinin nümayəndələri aprel hadisələrinə kimi də bu və buna bənzər müxtəlif bəyanatlarla çıxış ediblər: “Hamımızın yaxşı yadındadır ki, məhz aprel əməliyyatlarından sonra Movses Akopyanın Dağlıq Qarabağda qalmasının onun fiziki məhvinə gətirəcəyini anlayan Serj Sarkisyan onu təcili surətdə Yerevana qaçırmaq məcburiyyətində qaldı. Apreldə döyüşlərində aldığı güclü zərbədən sonra iflasa uğrayan Ermənistan ordusu və onun rəhbərliyi deyəsən bu cür təxribat xarakterli çıxışlarla ölkəsində mövcud olan daxili siyasi, sosial və ictimai gərginliyi sakitləşdirməyə cəhd göstərir.
Bahar Muradova BQXK-nın Bakı ofisinin rəhbəri ilə girovlardan danışıb
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb. “Olaylar” xəbər verir ki, Azərbaycanla BQXK-nin əlaqələrindən söz açan vitse-spiker qurumun münaqişə bölgələrindəki fəaliyyətinə toxundu, Qırmızı Xaç Komitəsi işçilərinin dünyanın hər yerində qaçqın və məcburi köçkünlərə, əsir və itkin düşənlərə göstərdikləri qayğıdan danışıb.
Danimarka erməniləri məyus etdi
Danimarka Parlamenti qondarma erməni soyqırmını tanımamaq barədə qərar qəbul edib. Bu barədə məlumatı “OLAYLAR”-a bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi verib.
Cəbhədə 15 dəfə atəşkəs pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 15 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Fransa “erməni soyqırımı”nı inkar etmənin kriminallaşdırılması haqqında qanunu ləğv etdi
Fransa Konstitusiya Məhkəməsi, 1915-ci il hadisələrinə dair erməni iddialarını da əhatə edən “Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına” dair qanunu ləğv edib.
Prezident İlham Əliyev Dünya Gömrük Təşkilatının baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul edib. AZƏRTAC
Fransadan ermənilərə ZƏRBƏ - Türkiyənin üzü gülür
Ağ Ev elan etdi: Avropa İttifaqı 1 il sonra məhv olacaq - “QOCA QİTƏ”NİN ÖLÜMÜ
Amerikanın “boz kardinalları”: Tramp ölkəni kimlə idarə edəcək?
Xəzərin statusu ilə bağlı işçi qrupun Bakı görüşündə razılaşdırılan məsələlər rəsmən açıqlanıb
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun Bakı görüşündə konvensiya layihəsinin suverenlik, yurisdiksiya, təhlükəsizlik, ərazi sularının və balıqçılıq zonasının müəyyənləşdirilməsi, dəniz səthinin və dibinin bölünməsi, ərazi sularından hərbi gəmilərin keçməsi, kabel və boru xətlərinin çəkilməsi barədə müddəaları müzakirə olunub və razılaşdırılıb.
Deputat: "Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərimiz də bərpa olunacaq"
Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması doğru qərardır. İnanıram ki, vaxt gələcək dövlət başçısı tərəfindən Dağlıq Qarabağın və işğal edilmiş digər ərazilərin də bərpası ilə bağlı sərəncamlar veriləcək.














