Suriya ilə bağlı Rusiya-İran-Türkiyə əməkdaşlığını uzunmüddətli görürük
"Rusiya, İran və Türkiyənin Suriyaməsələsi ilə bağlı əməkdaşlığını konstruktiv və uzunmüddətli görürük". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
27 Yanvar 2017 13:09 Siyasət"Rusiya, İran və Türkiyənin Suriyaməsələsi ilə bağlı əməkdaşlığını konstruktiv və uzunmüddətli görürük". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. "Biz bu qarşılıqlı fəaliyyəti konstruktiv və uzunmüddətli görürük. Ona görə ki, Suriya münaqişəsinin nizamlanmasını bura cəlb olunan dövlətlərin səylərinin birləşdirilməsini tələb edən uzun bir proses olduğunu yaxşı anlayırıq. Bu üzdən düşünürəm ki, "konstruktiv" sözü daha çox yerinə düşür", - deyə o vurğulayıb. Apa.az