Amerikanın “boz kardinalları”: Tramp ölkəni kimlə idarə edəcək?
27 Yanvar 2017 06:52 SiyasətABŞ prezidenti Donald Trampı inaqurasiyadan əvvəl ən müxtəlif günahlara görə ittiham etməyə başladılar. İttihamların siyahısı şəxsi administrasiyaya edilən təyinatların növbəti seriyasının imzalanmasından dərhal sonra daha da artdı. Amerika KİV-nin yazdığı kimi, söhbət qohumbazlıqdan gedir.
Məsələ ondadır ki, Donald Trampın qızı İvanka Tramp və onun əri Cared Kuşner Ağ Evdə rəsmi postlar tutacaqlar. Və bu Trampı qorumbazlıqda ittiham etməyə kifayət edir. 1967-ci ildən ABŞ-da qüvvədə olan qanunu federal dövlət qulluqçularına qohumlarını işə götürməyi qadağan edir. Amma bu qanunu pozmağın yolu var: dövlət qulluğuna qəbul edilmiş qohum məvacibdən imtina edir, necə deyərlər ictimai əsaslarda çalışır.
Ən böyük rezonansı Cared Kuşnerin təyinatı yaratdı. Tramp onu özünün böyük məsləhətçisi təyin etdi. Trampın seçkiqabağı kampaniyasının parlaq strategiyası prezidentin 35 yaşlı kürəkəni tərəfindən hazırlandı. O, "böyük tarix" texnologiyalarından istifadə etməyi təklif etdi. "Forbes" jurnalının məlumatına görə, Kuşner qayınatasının seçkiqabağı proqramını redaktə edir, ora bəndləri daxil edirdi. Bunların bir hissəsi ticarət və vergilərə aid idi. Bununla da Trampın tərəfdarları arasında Amerika sənaye sahibləri də yazıldı.
İvanka və Cared ABŞ-ın yeni prezident administrasiyasının "boz kardinalları" olacaqlarmı? Amerika politoloqları buna şübhə edirlər. Rəhbərliyin bütün illəri ərzində Tramp özünün biznes-imperiyasını tək idarə edirdi və heç vaxt konsultantların köməyinə qaçmırdı. Amma ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin başqa fikri var. Onun sözlərinə görə, bütün prezidentlərin tamamilə etibar etdiyi bir-iki insan olur. Kissincer hesab edir ki, Cared Kuşner ABŞ-ın 45-ci prezidenti Donald Tramp üçün məhz belə insandır.
Yeri gəlmişkən, ABŞ-ın müasir tarixində nepotizmin presedentləri artıq olub: ölkənin birinci xanımı statusuna malik olan Hillari Klinton federal hokümətdə səhiyyə islahatı üzrə komitəyə başçılıq edirdi. Düzdür, islahat uğursuzluğa düçar oldu və Hillari istefa verdi.
"Tramp" ingilis dilindən tərcümədə "kozır" deməkdir. Amma ABŞ-ın indiki prezidentinin atası tərəfdən baba və nənəsi Trumpf soyadı daşıyırdılar. Onlar 1885-ci ildə ABŞ-a gəlmiş alman immiqrantı idilər. Vətəndaş müharibəsindən sonra Amerika məhz almanları öz ölkəsinə dəvət üzrə aktiv siyasət aparırdı. Hesab edilirdi ki, onlar genotip üzrə İngiltərədən gəlmələrə ən yaxındır. Amerikada Trumpfların ailəsində Trampın atası Frederik də daxil olmaqla, üç uşaq doğuldu. İkinci Dünya Müharibəsi illərində özlərinin alman köklərindən utanan ailə İsveç əcdadları haqqında versiyanı fəal şəkildə tirajladı. Həmin vaxt Trumpf Tramp oldu.
Fred Tramp tezliklə inşaat biznesində gücünü yoxlamağa qərar verdi. O, bankdan 800 dollar kredit götürərək evlər tikir və sonra 7000 dollara satırdı. Biznes sürətlə inkişaf edirdi və onun sərvəti həyatın sonuna 300 milyon dollar qiymətləndirilirdi.
Fred 1936-cı ildə Şotlandiyadan olan immiqrant Meri Enn Maklaudla evləndi. Cütlüyün beş uşağı oldu.
Böyük Mariana bu gün ABŞ Federal Apellyasiya Məhkəməsində hakim vəzifəsini tutur. Onun yeganə oğulu Devid Desmond ABŞ-da məşhur psixoloqdur. Donald Trampın daha bir bacısı - Elizabet bank sektorunda işləyib. Trampın böyük qardaşı Frederik artıq həyatda yoxdur. O, həddindən artıq alkoqoldan istifadə etdiyi üçün ölüb. Və Robert Tramp öz valideynlərinin işini davam etdirdi. O, hazırda şirkətin idarəçiliyindən çəkilərək əvvəllər katibəsi olan qadınla Nyu-York yaxınlığında yaşayır.