Siyasət

Hindistana getmək istəyənlərə ŞAD XƏBƏR - Viza ilə bağlı

26 Yanvar 2017 18:20

Hindistan Azərbaycanı viza almaq üçün vətəndaşların internet vasitəsilə müraciət edə biləcəyi ölkələr siyahısına daxil edib. Bu barədə Hindistanın Bakıdakı səfirliyindən məlumat veriblər.

Prezident sərəncam imzaladı

26 Yanvar 2017 18:18

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb.

Qarabağa qayıdış Cocuq Mərcanlıdan keçir - İndi iki şey tələb olunur

26 Yanvar 2017 16:51

Prezidentin Cocuq Mərcanlı kəndinin məskunlaşdırılması qərarını müsbət qiymətləndirirəm. Kənd sakinlərinin doğma yerlərinə qayıtmaq istəklərini bildirmələri də vacibdir. Sakinlər öz qayıdış qərarlarıyla illərdir dillərdə dolaşan "şəhərlərdə məskunlaşan məcburi köçkünlər geri qayıtmayacaqlar" fikrinin doğru olmadığını göstərdilər.

Bakı heç kimin gözləmədiyini edərsə... - Ərazilərin azad olunması üçün DÖRD AMİL

26 Yanvar 2017 16:27

Bir neçə gün öncə “Washington Times” nəşri ABŞ prezidenti Donald Trampın Dağlıq Qarabağ münaqişəsini həll edərək, Nobel mükafatı almaq imkanının olduğunu yazdı. Nəşrin bu məqaləsindən sonra Trampın Qarabağ münaqişəsi ilə bağlı hansı siyasi xətti izləyəcəyi haqqında suallar yaranıb.

"İnsanların Cocuq Mərcanlıya qayıtması dünyaya bir mesajdır" 

26 Yanvar 2017 15:32

"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncam sübut etdi ki, ölkə başçısının söylədikləri əməldə də özünü doğruldur”. Bunu  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.

"Sərəncam torpaqlarımızın azad olunması inamını daha da möhkəmləndirdi" 

26 Yanvar 2017 15:30

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı Sərəncamın həm tarixi, həm hərbi, həm psixoloji əhəmiyyəti var. Bu bir daha sübut edir ki, Azərbaycan dövləti heç zaman erməni işğalı, ölkəmizin ərazilərinin işğalına təhrik edənlərlə barışmayacaq”. Bunu  tarix üzrə fəlsəfə doktoru, professor, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhrəmov  deyib.

“Dünyada ermənilər qədər terrorçu təşkilatı olan ikinci bir millət varmı?”

26 Yanvar 2017 14:37

Bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb.

Azərbaycan prezidenti Pakistan səfirinin etimadnaməsini qəbul edib -  YENİLƏNİB

26 Yanvar 2017 13:49

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib. Səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçib. Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Avropa Şurası ilə 25 illik əməkdaşlıq Azərbaycana nə verib?

26 Yanvar 2017 13:22

Azərbaycan xarici siyasətində bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Bu siyasi kursun nəticəsi olaraq Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənib və möhkəmlənib. 

“The Washington Times” Ermənistanın Azərbaycana təcavüzündən yazıb

26 Yanvar 2017 12:40

ABŞ-da çıxan “The Washington Times” qəzetində avstraliyalı siyasi şərhçi, Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşan Castin Emlerin Cənubi Qafqazın geosiyasi reallıqları və Donald Tramp administrasiyası tərəfindən regiondakı vəziyyətə yeni baxışın vacibliyi barədə məqaləsi dərc edilib.

Cocuq Mərcanlı kəndi ilə bağlı Sərəncam böyük ruh yüksəkliyi yaradıb

26 Yanvar 2017 12:38

Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncam imzalaması cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Bu, Azərbaycan Ordusunun ötən ilin aprelində göstərdiyi qəhrəmanlığın real nəticəsidir. 2016-cı ilin aprelində həyata keçirilən uğurlu hərbi əməliyyat zamanı kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyi erməni işğalçılarından azad edildi və bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurduna qayıtması üçün yenidənqurma işlərinin başlanmasına şərait yarandı. Bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev deyib.

Ceyhun Musaoğlu: "Düşmən Ordumuzun, xalqımızın əzəmətini gördü” 

26 Yanvar 2017 12:35

“Prezident İlham Əliyevin imzaladığı "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncam gözlənilən idi. Ötən ilin aprelin 2-də Azərbaycan Ordusunun düşmənin hücumlarının qarşısını almaq məqsədilə apardığı uğurlu əməliyyatların məntiqi nəticəsi Cocuq Mərcanlıya böyük qayıdış olmalıydı”. Bunu  Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib.

Musa Qasımlı: "Bu sərəncam dünyaya və ermənilərə bir işarədir"

26 Yanvar 2017 12:30

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına dair imzaladığı sərəncamın dərin mənası vardır.

Ermənistan sürətlə boşalır

26 Yanvar 2017 12:21

Ermənistanda parlament seçkilərinə hələ bir müddət qalsa da, lakin işğalçı ölkənin demək olar ki, bütün çevrələri seçki hazırlıqlarını həyata keçirirlər. Ermənistan müxalifətindən tutmuş vaxtı ilə siyasi səhnədə olub, sonradan kriminal ünsürlərə qoşulan şəxslər də bu gün siyasi gündəmi zəbt etmək, aprel ayında keçiriləcək parlament seçkilərində iştirak edərək qanunverici orqanda mandat sahibinə çevrilmək uğrunda mübarizə aparırlar. Çünki aprel seçkiləri yeni parlamenti formalaşdırmaqdan daha çox, Serj Sərkisyan hakimiyyətinin ölüm-qalım savaşı kimi də xarakterizə edilir.