Ermənistan sürətlə boşalır

Ermənistanda parlament seçkilərinə hələ bir müddət qalsa da, lakin işğalçı ölkənin demək olar ki, bütün çevrələri seçki hazırlıqlarını həyata keçirirlər. Ermənistan müxalifətindən tutmuş vaxtı ilə siyasi səhnədə olub, sonradan kriminal ünsürlərə qoşulan şəxslər də bu gün siyasi gündəmi zəbt etmək, aprel ayında keçiriləcək parlament seçkilərində iştirak edərək qanunverici orqanda mandat sahibinə çevrilmək uğrunda mübarizə aparırlar. Çünki aprel seçkiləri yeni parlamenti formalaşdırmaqdan daha çox, Serj Sərkisyan hakimiyyətinin ölüm-qalım savaşı kimi də xarakterizə edilir.

Serj Sərkisyanın hakimiyyəti dövründə 300 minə yaxın insan ölkəni tərk edib

Ermənistanda parlament seçkilərinə hələ bir müddət qalsa da, lakin işğalçı ölkənin demək olar ki, bütün çevrələri seçki hazırlıqlarını həyata keçirirlər. Ermənistan müxalifətindən tutmuş vaxtı ilə siyasi səhnədə olub, sonradan kriminal ünsürlərə qoşulan şəxslər də bu gün siyasi gündəmi zəbt etmək, aprel ayında keçiriləcək parlament seçkilərində iştirak edərək qanunverici orqanda mandat sahibinə çevrilmək uğrunda mübarizə aparırlar. Çünki aprel seçkiləri yeni parlamenti formalaşdırmaqdan daha çox, Serj Sərkisyan hakimiyyətinin ölüm-qalım savaşı kimi də xarakterizə edilir. Belə ki, Sərkisyan ciddi cəhdlə hakim Respublika Partiyasının seçkilərdən qalib ayrılmasına çalışır. Nədən ki, bu partiyanın seçkidən qalib ayrılması çox keçmədən onun yenidən prezident kürsüsünü zəbt etməsi ilə nəticələnə bilər. Belə ki, növbəti prezident seçkilərinə qədər Serj Sərkisyan yeni seçilmiş parlamentdə prezidentlik müddətinin artırılması, və ya prezident seçilmək üçün qoyulan məhdudiyyətin aradan qaldırılması məsələsini müzakirəyə çıxarmaq istəyir. Bu səbəbdən bütün potensial Respublika Partiyasının seçkilərdə qələbəsinə hesablanıb. Digər variant isə ondan ibarətdir ki, seçkilərdə istənilən nəticə əldə edilməsə, növbəti prezident seçkilərindənn sonra Serj Sərkisyan gələn seçkilərə qədər baş nazir təyin olunur. Hətta baş nazir Karen Karapetyanla Serj Sərkisyan arasınbda bu barədə gizli sövdələşmənin olduğu da bildirilir. Amma bu o demək deyil ki, Sərkisyanın aprel planı baş tuta bilər. Çünki Ermənistan müxalifəti də paralel olaraq ciddi fəaliyyətə keçib və aprel seçkilərindən qələbə ilə ayrılmaq niyyətindədir. Bir növ müxalifət Ermənistanda hakimiyyət dəyişikliyi hazırlıqlarını həyata keçirir. İşğalçı ölkədə hakimiyyət dəyişikliyi razılığının bir qayda olaraq Kremldən gəldiyini nəzərə alan müxalifət təsadüfi deyil ki, son vaxtlar Moskva ilə ciddi təmaslara keçib. Bu bir qaydadır ki, Ermənistanda hakimiyyət dəyişikliyi üçün Kremlin icazəsi alınmalıdır. 90-cı illərin sonunda Ermənistandakı siyasi partiyalar Moskvanın icazəsi olmadan hakimiyyəti dəyişmək istəsələr də, 1999-cu ildə Ermənistan parlamenti gülləbaran edildi, prezidentliyə real namizədlər baş nazir Vazgen Sərkisyan və parlamentin sədri Karen Dəmirçiyan öldürüldülər. Ona görə də Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyən erməni müxalifətinin bir sıra təmsilçisi tez-tez Moskvaya səfərlər edirlər. Paralel olaraq baş nazir Karen Karapetyanın da müntəzəm olaraq Rusiyada peyda olması belə bir qənaət formalaşdırıb ki, o, Sərkisyanla gizli sövdələşmə əldə etməsinə baxmayaraq , öz əlinə oynayır. Bir sözlə Kremldən özünə dəstək almağa çalışır.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan .Şahinoğlu deyir ki, Ermənistanın baş naziri Karen Karapetyan bu həftə Moskvaya gedərək rusiyalı həmkarı Dmtri Medvedyevlə görüşüb. Onun əsas məqsədi Rusiyanın əlavə olaraq Ermənistan iqtisadiyyatına 300 milyon dollar yatırmasıdır: "Bu investisya apreldə keçiriləcək parlament seçkisi öncəsi Karen Karapetyana çox lazımdır. Çünkiu baş nazir Karapetyanın islahatlar üçün maliyyə resursları yoxdur ki, iqtisadi və sosial həyatda nəsə yenilik edə bilsin. Yeganə ümid yenə Rusiyayadır. O, 300 milyon dollarla bir balaca manevr imkanı qazana bilər. Əks halda Karen Karapetyanın nüfuzu daha sürətlə aşağı enəcək. Digər tərəfdən Karen Karapetyan Rusiyanın siyasi dəstəyini alsa, baş nazir kreslosunu Serj Sərkisyana təhvil verməyə də bilər. Bu halda hakim Respublika Partiyası parçalanacaq". Politoloq deyib ki, bu arada, erməni saytlarından biri Ermənistanın demoqrafik vəziyyəti ilə bağlı maraqlı statistika açıqlayıb. Onun sözlərinə görə, 2016-cı ilin avqust və sentyabr ayında Ermənistandan Avropaya köçənlərin sayı 9 ilin ən yüksək göstəricisidir: "Əgər 2008-ci ildə hər ay Ermənistandan Avropa ölkələrinə köçənlərin sayı 385 nəfər idisə, keçən ilin avqust ayında 1110, sentyabr ayında isə 1185 nəfər ölkəni tərk edib. Köçənlərin əksəriyyəti 18-34 yaşlarında olan gənclərdir. Ən maraqlısı odur ki, ötən il bir qrup silahlının İrəvan yaxınlığında polis məntəqəsini ələ keçirməsi hadisəsi köçün artmasına səbəb olub.

Serj Sərkisyanın hakimiyyətdə olduğu 2008-2015-ci illər arasında Ermənistanı 300 minə yaxın insan tərk edib. Keçmiş prezident Robert Köçəryanın prezident olduğu 1998-2008-ci illərdə isə Ermənistanı 135 min insan tərk etmişdi. Bu rəqəmlər onu göstərir ki, Köçəryanla müqayidəsə Sərkisyanın hakimiyyəti dövründə Ermənistanı tərk edənlərin sayı iki dəfə artıb". Politoloqun sözlərinə görə, Ermənistan vətəndaşlarını ölkələrini tərkə iki başlıca səbəb vadar edir: "Birinci səbəb ağırlaşan iqtisadi və sosial durumdur. İnsanlar yaxın gələcəkdə vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə inanmırlar. Bunun üçün resurs yoxdur. Ermənilər inandıqları və etibar etdikləri hakimiyyətı formalaşdırsalar belə, həmin hakimiyyət əlindəki resursla vətəndaşlarının həyatını müsbətə doğru dəyişə bilməyəcək. İkinci səbəb isə cəbhə bölgəsindəki ağır vəziyyətdir. Ermənistanla Azərbaycan arasında sülh olmadığına görə Dağlıq Qarabağ ətrafında vəziyyət gərgin olaraq qalacaq, Ermənistan ordusu hər gün itki verir. Müharibə və lokal toqquşmalar ehtimalı yüksəkdir. Ona görə də erməni gənclər Ermənistandan kənarda - Dağlıq Qarabağda ölmək perspektivindənsə ölkəni tərk etməyə üstünlük verirlər. Bu iki səbəb Azərbaycanı işğalçı Ermənistana qarşı təzyiqi artırmağa həvəsləndirir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31