Azərbaycan prezidenti Pakistan səfirinin etimadnaməsini qəbul edib -  YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib. Səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçib. Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib. Səfir Said Xan Mohmand fəxri qarovul dəstəsinin qarşısından keçib. Said Xan Mohmand etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Pakistan prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana uğurlu rəsmi səfərlərini və bu səfərlər zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığımızın ən yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan ilə Pakistan arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin, qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu qeyd edən prezident İlham Əliyevölkəmizin Pakistan ilə qardaşlıq əlaqələrini bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Said Xan Mohmand isə Pakistan xalqı tərəfindən Azərbaycanın inkişafının bir nümunə kimi qəbul olunduğunu bildirərək bu inkişafda Heydər Əliyevin müstəsna rolunu qeyd edib və bu uğurlu siyasətin prezident İlham Əliyevtərəfindən davam etdirildiyini vurğulayıb.

Səfir Said Xan Mohmand, həmçinin əminliyini ifadə edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyevin daha da möhkəmləndirdiyi ikitərəfli münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Qarşılıqlı səfərlərə toxunan Said Xan Mohmand Pakistan prezidenti Məmnun Hüseynin və baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd edib. 

Səfir prezident İlham Əliyevin Pakistana səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini deyib. Görüşdə ölkələrimiz arasında iqtisadi, sərmayə qoyuluşu, idxal-ixrac və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Prezident İlham Əliyev yanvarın 26-da Pakistan İslam Respublikasının Azərbaycanda ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Said Xan Mohmandın etimadnaməsini qəbul edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31