Ərdoğan Trampla görüşmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Vaşinqton münasibətlərini yaxşılaşdırmaq məqsədilə ABŞ prezidenti Donald Trampla görüşmək niyyəti olduğunu bəyan edib. Dövlət başçısı qeyd edib: "Mən cənab Trampla görüşməyi arzulayıram. Danışıqların əsas mövzusu Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq. Hazırda bizim strateji əlaqələrimiz yaxşıdırmı? Xeyr. Biz bu əlaqələri yaxşılaşdırmalıyıq".

Bundan başqa, R.T.Ərdoğan amerikalı həmkarı ilə Fəthullah Gülənin ekstradisiyası məsələsini də müzakirə etmək istədiyini bildirib.  Bu barədə Trend "Hürriyyət" qəzetinə istinadən məlumat verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31