Danimarka erməniləri məyus etdi 

Danimarka Parlamenti qondarma erməni soyqırmını tanımamaq barədə qərar qəbul edib. Bu barədə məlumatı “OLAYLAR”-a bu ölkədə fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi verib.

Danimarka Parlamenti qondarma erməni soyqırmını tanımamaq barədə qərar qəbul edib. Bu barədə məlumatı "OLAYLAR"-a bu ölkədə fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi verib. O, bildirib ki, Danimarka parlamentindəki Birlik Partiyasının qanunverici orqana təklif etdiyi layihə 89 səslə rədd edilib. Səsvermə zamanı iqtdardakı Liberal Partiya, ona dəstək verən Liberal Müttəfiq və Mühafizəkar Partiya, eləcə də Danimarka Xalq Partiyası və müxalifətdəki Sosial Demokrat Partiyası ilə Xristian Xalq Partiyası qanun layihəsinin əleyhinə səs verib. Yalnız Birlik Partiyası 9 səslə qondarma soyqırımın qəbulunu dəstəkləyib. Səfər Sadiqi onu da deyib ki, qondarma soyqırımla bağlı qanun layihəsi müzakirəyə çıxarılmadan əvvəl rəhbərlik etdiyi cəmiyyət, eləcə də bu ölkədəki digər Azərbaycan və Türk diaspor təşkilatları tərəfindən Danimarkanın siyasi partiyalarına məlum hadisələr barədə ətraflı məlumat verilib: "Həmin hadisələr barədə doğru, ətraflı və geniş məlumat yazdığımıza görə Danimarkanın siyasi partiyalarından təşəkkkkür məktubları gəlib". Cəmiyyət sədri onu da deyib ki, yaxın vaxtlarda bu ölkə parlamentində Azərbaycanın işğal olunmuş torpaqları və Xocalı soyqrımı barədə müzakirələrin keçirilməsinə cəhd göstəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31