Siyasət

Ermənistan son illərdə həm Rusiya, həm də Qərb məkanında Azərbaycana uduzur

11 Sentyabr 2017 13:39

Ermənilərin antiAzərbaycan kompaniyasında məqsədi AŞPA–da Azərbaycan nümayəndə heyətinin səlahiyyətini döndurmaqdır. “Barbarossa”ya bənzər bu planın müəllifləri Ermənistan parlamentinin vitse-spikeri və AŞPA-da Ermənistan nümayəndə heyətinin başçısı Arpine Ovannisyan, nümayəndə heyətinin üzvləri Armen Aşotyan və Samvel Farmanyandır.

Əli Həsənov: "Mehman Əliyev prezidentə müraciət edib"

11 Sentyabr 2017 12:47

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və cari ilin avqustunda onun barəsində həbs qətimkan tədbiri seçilib. Həmin dövrdə Azərbaycan Mətbuat Şurası məsələnin ölkə qanunvericiliyi çərçivəsində ədalətli şəkildə həll olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlamışdı. Həmçinin Mehman Əliyev dövlət başçısına müraciət edərək barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib".

MM üzvləri Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək

11 Sentyabr 2017 12:15

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Mixail Zabelin və Rövşən Rzayev sentyabrın 12-də Moskvaya səfər edəcəklər. MM-in mətbuat xidmətindən  verilən xəbərə görə, deputatlar “Moskva-Bakı mehvəri: Qafqazın yeni geosiyasətinə doğru” mövzusunda keçiriləcək konfransda iştirak edəcəklər.

Əli Həsənov: "İsrail rəsmiləri Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar"

11 Sentyabr 2017 12:09

İsrail rəsmiləri Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı proseduru bir xeyli uzatdılar. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Ə.Həsənov qeyd edib: "Azərbaycan Prezidenti İlham Əliyev Aleksandr Lapşinin əfv olunması haqqında sərəncam imzalayıb.

Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifə

11 Sentyabr 2017 12:06

“Müdafiə naziri Zakir Həsənov Polşanın ardından İsrailə getdi. Bu Azərbaycan-İsrail münasibətləri tarixində yeni səhifədir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Elmira Süleymanova ATƏT PA-nın sədri ilə görüşüb

11 Sentyabr 2017 11:55

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə E.Süleymanova fəaliyyət dövrü ərzində ATƏT-lə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini,  bir sıra tanınmış beynəlxalq ekspertlərin bu tədbirlərə qatıldığını, səmərəli təcrübə mübadiləsinin aparıldığını deyib.

Prezident İlham Əliyev Aleksandr Lapşini əfv etdi

11 Sentyabr 2017 11:56

Prezident İlham Əliyev Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Təmas xəttində monitorinq keçiriləcək

11 Sentyabr 2017 11:47

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 12-də Füzuli rayonu Alxanlı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Uşaqlara vətənpərvərlik hissləri aşılanacaq

11 Sentyabr 2017 11:10

"Əsgər Bala" uşaq musiqi qrupu yaradılıb. “OLAYLAR” -ın xəbərinə görə, yeni yaradılan qrupun əsas missiyası və məqsədi uşaqlara vətənpərvərlik hissini aşılamaq, onlar arasında müntəzəm olaraq hərbi vətənpərvərlik mövzusunda musiqili-əyləncəli proqramlar təşkil etməkdir.

Ermənilər 123 dəfə atəşkəsi pozub

11 Sentyabr 2017 11:06

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.

Müdafiə naziri İsrailə səfər edib

11 Sentyabr 2017 11:05

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.