Fərhad Əliyev qayıdır?
5 Oktyabr 2017 15:21 Siyasət2005-ci il oktyabrın 19-da, o vaxtkı parlament seçkiləri ərəfəsində həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı haqqında xəbərlər var. Bu barədə bəzi KİV-lər də bir müddət öncə məlumat yaymışdılar.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən, 14 oktyabr 2013-cü il tarixində isə prezidentin sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad olunan eks-nazir həbsdən çıxandan sonra İngiltərəyə, ardınca da Türkiyəyə getmişdi.
Fərhad Əliyevin artıq Azərbaycanda iş adamı kimi fəaliyyət göstərdiyi bildirilir.
Fərhad Əliyevlə bağlı Modern.az digər maraqlı bilgilər əldə edib.
Məlumata görə, onun biznes əlaqələri Türkiyədə dövlət rəhbərliyinə qədər uzanır.
Sabiq nazirin Azərbaycanda da biznes işinə başladığı qeyd edilir. Hətta Sumqayıt Texnologiyalar Parkının da bilavasitə onun iştirakı ilə qurulduğu söylənilir.
Aldığımız məlumatlarda son zamanlar Fərhad Əliyevın Azərbaycanda bir sıra iri işlərə rəhbərlik etdiyi vurğulanır.