Siyasət
İlham Mədətov rektor təyin edildi - SƏRƏNCAM
Azərbaycan-Vyetnam əlaqələrinin inkişafında xidmətləri olan şəxslər təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev Nghiem Vu Khainin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Əli Həsənov: "Akif Əlinin Lütfi Zadə haqqında qeyri-etik ifadələr işlətməsi yolverilməzdir"
"Dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları işlədikləri qurumların kütləvi informasiya vasitələri ilə əlaqələrinin tənzimlənməsinə, həmin təşkilatların fəaliyyəti haqqında ictimai rəyin formalaşmasına bilavasitə məsul olan şəxsdirlər.
Lev Spivak: Azərbaycan Prezidentinin Aleksandr Lapşini əfv etməsi çox humanist bir addımdır
Azərbaycan Prezidenti İlham Əliyevin Aleksandr Lapşinin əfv olunması barədə sərəncamı çox humanist bir addımdır. Bunu "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivak deyib.
Hərbi qulluqçuların Gəncə şəhərinə ekskursiyası təşkil olunub
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçunun Gəncə şəhərinin tarixi yerlərinə ekskursiyası təşkil edilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, əsgərlər Gəncə Qala Qapılarını, Gəncə İmamzadə Dini Memarlıq Abidə Kompleksini, dünya şöhrətli şairimiz Nizami Gəncəvinin məqbərəsi və mütəfəkkirin muzeyini, eləcə də Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun ev muzeyini ziyarət ediblər.
Həmməruzəçilərin Azərbaycana səfər proqramları məlum oldu
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfər proqramları məlum olub. Onlar sentyabrın 14-16-da Bakıya faktaraşdırıcı səfər edəcəklər. Səfər zamanı onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.
Mətbuat Şurası Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanladı
Azərbaycan Mətbuat Şurası «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Mehriban Əliyeva körpələr evində
Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilən “Qərənfil” körpələr evi-uşaq bağçası balaca sakinlərini qəbul etməyə hazırdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən bu körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Elmar Məmmədyarov İspaniyanın müvəqqəti işlər vəkili qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov İspaniya Krallığının ölkəmizə yeni təyin edilmiş müvəqqəti işlər vəkili İqnasiyo Sançez Taboadanı qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir Elmar Məmmədyarov İqnasiyo Sançez Taboadanı müvəqqəti işlər vəkili qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.
Markovdan Lapşinin azad olunmasına - Münasibət
Rusiyalı politoloq Sergey Markov Azərbaycan Prezidenti İlham Əliyevin bloger Aleksandr Lapşinin əfv edilməsi barədə sərəncamını şərh edib. S.Markovun sözlərinə görə, Azərbaycan Lapşin ilə bağlı vəziyyətdə ideal siyasi işini nümayiş edib: "Burada vacib olan odur ki, Lapşin yaxşı adam olduğuna və Azərbaycanın ərazi bütövlüyünü etiraf etdiyinə görə yox, Azərbaycanın öz tərəfdaşlarına, dost ölkələrinə güzəştə getdiyinə görə bu addımı atıb. Azərbaycan Lapşin ilə bağlı vəziyyətdə parlaq, ideal siyasi işini göstərib".
XİN: İranın yeni adminstrasiyası Azərbaycanla münasibətlərin dərinləşməsini istəyir
İran İslam Respublikasının yeni adminstrasiyası dostu və qonşusu Azərbaycanla münasibətlərin dərinləşməsini istəyir. Bunu İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasemi deyib. B.Qasemi bildirib: "12-ci adminstrasiyanın siyasətinin əsas istiqamətlərindən biri bütün qonşu ölkələrlə geniş və tam şəkildə əməkdaşlıq qurmaqdır".
İran XİN: Sammitdə regional və beynəlxalq məsələlər müzakirə ediləcək
“Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı üç ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi baxımından önəmlidir”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi mətbuat konfransında sualının cavabında bildirib.
“Özümü hazırlamışdım ki, həbsdə uzun müddət qalacam”
ÜAK bəyanat yaydı
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) xarici kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə yayılmış məlumatla bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan bəyanatda “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatına istinadən yayılmış materialların tamamilə əsassız, qərəzli və təxribat xarakterli olduğu qeyd edilib.
BMT: Myanmada etnik təmizləmə baş verir
Myanmada rohinca müsəlmanlarına qarşı zorakılıq etnik təmizləmə hesab oluna bilər. Məlumata görə, bunu BMT-nin İnsan hüquqları üzrə Şurasının sessiyası zamanı təşkilatın insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn deyib.














