Siyasət
Deputatlarımız Avronest PA-nın iclasına qatılacaqlar
Milli Məclisin deputatı, Azərbaycanın Avronest Parlament Assambleyassında nümayəndə heyətinin rəhbəri Fuad Muradov, Avronest PA-nın Büro və Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Avronest PA-ya üzv ölkələri ilə birgə iclaslarında iştirak etmək üçün sentyabrın 12-dən 17-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, büro iclasında Avronest PA-nın 6-ci Plenar sessiyasının gündəliyi, qurumun prosedur qaydalarına dəyişikliklər və funksiyaları ilə bağlı müzakirələr aparılacaq. Toplantıda eyni zamanda Avronest PA tərkibində Assosiasiya Sazişi imzalamış ölkələrin müvəqqəti işçi qrupu üzvlərinin təyin olunması, Şərq tərəfdaşlığı ölkələrində mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələlərinə baxılacaq.
Azərbaycanın regionda rolu daha da artır
Azərbaycanın əlverişli coğrafi məkanda yerləşməsi regionda qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində mühüm rol oynamasını şərtləndirir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı səsləndirib. O, bildirib ki, Azərbaycan dünyanın diqqətini cəlb edən, regionun inkişafına töhfə verən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP, “Cənub” qaz dəhlizi kimi transmilli layihələrin təşəbbüskarı və iştirakçısıdır: “Bu layihələr regionda əməkdaşlığa xidmət etməklə yanaşı, ölkəmizə ciddi iqtisadi dividendlər gətirir və vəd edir.
Müdafiə naziri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşüb
İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkədə yaşayan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunovla görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüş zamanı ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi yad edilib, o cümlədən A.Aqarunovun həyat yolu, döyüşlərdə iştirakı bir daha xatırlanıb. Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir.
Milli Məclis MB sədr müavininin məsələsinə baxacaq
“Sentyabrın 14-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, iclasda bir neçə qanunlara əlavə və dəyişikliklər müzakirə ediləcək: “İclasda komitənin “2017-ci il üçün qanunvericilik işlər planı” təsdiq ediləcək. Həmçinin prezident İlham Əliyev tərəfindən Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncama razılıq verəcəyik”.
Anasını zorlamaq istəyən şəxsə 6 bıçaq vurub, cinsiyyət orqanını kəsmək istəyib
Yazıçılar Birliyi ləğv olunur? - İclas başladı
Lapşinin ekstradisiyası və əfv edilməsi...
Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç afv edilib. Azərbaycan prezidentinin Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncamı beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Maraqlıdır, A.Lapşinin Azərbaycana ekstradisiyası, sonradan isə onun əfv edilməsinin hansı siyasi və humanitar əhəmiyyəti ola bilər? Əvvala xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.
İlham Əliyevin bəyanatı İslam dünyasında geniş əks-səda yaratdı
Kreml İrəvanı Bakı ilə hədələdi – “Bu addımı atsanız...”
Ermənilər 134 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi cəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycanın 11 sentyabrı - prezident İlham Əliyevdən üç mühüm qərar
Ərdoğan: "S-400 raketlərinə görə Rusiyaya beh verilib"
Mərkəzi Bankın sədri dəyişdi - FƏRMAN
ATƏT Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mehman Əliyevin azadlığa buraxılmasını alqışlayıb
ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Harlem Desir azərbaycanlı jurnalist və media eksperti Mehman Əliyevin həbsdən azad olunmasına dair bəyanat yayıb. ATƏT-in saytının verdiyi məlumata görə, o bu müsbət addımı alqışladığını bildirib və səlahiyyətli şəxsləri Mehman Əliyevin üzərindən bütün ittihamları götürməyə çağırıb: “Media azadlığı ofisi məsələni yaxından izləməyə davam edəcək. Biz media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında Azərbaycana yardım göstərməyə hazırıq”.





.jpg)








