Siyasət

Hərbi xidmətlə bağlı qanun dəyişdirilir

9 Sentyabr 2017 18:21

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilir. Qanunun 4.2-ci bəndində qeyd edilib ki, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə aparılır. Beləliklə də çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc dəyişikliyi şərh edib. Deputat bildirib ki, layihəyə əsasən, hazırda qüvvədə olan “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır” bəndi ləğv edilir. Əvəzində göstərilən müddət qüvvədə qalmaqla, qeydiyyatı yalnız şəxsin xidmət etdiyi qurumun aparması təklif olunur.

İlham Əliyev İosif Kobzonu təltif etdi

9 Sentyabr 2017 18:17

Azərbaycan Prezidenti İlham Əliyev İosif Davıdoviç Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzon “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

Patriarx Kirill: "Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət məqbul sayıla bilməz"

8 Sentyabr 2017 18:50

Moskva və bütün Rusiyanın patriarxı Kirill görüş təklifini qəbul etdiyinə görə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə və bütün ermənilərin katolikosu II Qareginə təşəkkür edib. Patriarx Moskvada keçirilən üçtərəfli görüşdə bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı hazırkı vəziyyət məqbul sayıla bilməz.

Allahşükür Paşazadə işğal olunmuş ərazilərin qaytarılmasının vacibliyini erməni katolikosun diqqətinə çatdırıb

8 Sentyabr 2017 18:47

"Ümid edirəm ki, bu görüşün bütün Qafqaz xalqları üçün bəhrəsi olacaq. Əlbəttə, Dağlıq Qarabağ münaqişəsinin həlli çox uzanıb. Buna kimi də görüşlərimiz olub, təəssüflər olsun ki, nəticəsiz qalıb. Təkcə Qarabağda deyil, Azərbaycan-Ermənistan sərhədində dinc insanlar həlak olurlar. Biz bu məsələyə bu cur yanaşsaq, çətin ki, həll yoluna gələk".

Prezident İlham Əliyev KXDR və Tacikistan rəhbərlərini təbrik edib

8 Sentyabr 2017 18:26

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Sədri, Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu göndərib.

Prezident Çində uğur qazanmış idmançı və məşqçilərə mükafatlar müəyyən edib

8 Sentyabr 2017 18:24

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb

8 Sentyabr 2017 17:24

Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb. Məlumata görə, Müqəddəs Danil monastırında keçirilən görüşdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskva və bütün Rusiyanın patriarxı Kirill və bütün ermənilərin katolikosu II Qaregin iştirak edirlər. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olacaq.