Siyasət

Ermənilər Ağdamın işğal altında olan ərazilərində növbəti yanğın törədib

8 Sentyabr 2017 17:01

Ermənistan silahlı qüvvələriAğdam rayonunun işğal altında olan ərazilərində növbəti yanğınlar törədiblər. YanğınlarAğdamın işğal altındakı dağ massivlərində, 5 istiqamətdə müşahidə olunur. Alovun miqyası getdikcə böyüyür.

Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilir

8 Sentyabr 2017 16:48

Azərbaycanda hərbi çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan qurumlar dəyişdirilir. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı Azərbaycan Prezidenti tərəfindən təqdim olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 4-cü maddəsinin (Hərbi qeydiyyatın təşkili) 2-ci bəndinin dəyişdirilməsi barədə təklifinə baxılacaq.

Gürcüstanın hakim partiyasının icra başçısı vəzifəsinə namizədləri arasında azərbaycanlı yoxdur

8 Sentyabr 2017 16:16

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsinin icra başçıları vəzifələrinə namizədləri məlum olub. Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani rayon icra hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsinə Amiran Qiorqadze, Bolnisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin namizədliyi irəli sürülüb. Siyahıdan göründüyü kimi hakim partiyanın Kvemo Kartli bölgəsinin ən yüksək vəzifələrinə təqdim etdiyi namizədləri arasında azərbaycanlı yer almayıb.

Azərbaycan Ali Baş Komandanının səlahiyyətləri artırılır

8 Sentyabr 2017 16:14

Azərbaycan Ali Baş Komandanına (Azərbaycan Prezidenti) yeni səlahiyyətlər verilir. Gələn həftə MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bununla bağlı “Müdafiə haqqında” qanunun 5-ci maddəsinin altıncı bəndinə əlavələr layihəsi müzakirə ediləcək.

Spiker: “Danışıqlar prosesi sonsuz davam edə bilməz”

8 Sentyabr 2017 15:59

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan qlobal məsələlərin müzakirə edildiyi məkana çevrilir

8 Sentyabr 2017 15:19

Azərbaycanın artan siyasi və iqtisadi gücü, regiondakı nüfuzu, ən əsası Cənubi Qafqazdakı liderləri dünyanın güc mərkəzlərinin, ayrı-ayrı dövlətlərin diqqətini istər-istəməz Bakıya yönəldir. Son illərdə ölkəmizin mühüm əhəmiyyətli tədbirlərə, müzakirələrə evsahibliyi etməsi də məhz bu göstəricilərdən irəli gəlir.

Prezident göstəriş verdi – Myanma müsəlmanlarına yardım göndərilir

8 Sentyabr 2017 14:39

Azərbaycan Rohinca müsəlmanlarına yardım göndərir. Bu haqda Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a bildirilib.  Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilir. Humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohinca müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir. Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.

Gürcüstanın Müdafiə Nazirliyi Ermənistanı ifşa etdi

8 Sentyabr 2017 14:36

Gürcüstanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin "NATO Agile Spirit 2017" təlimləri ilə bağlı iddialarına münasibət bildirib. Nazirliyin bu gün yaydığı xəbərdə bildirilib ki, Ermənistanın Müdafiə Nazirliyi bu ilin iyul ayında təlimlərdə iştirak edəcəyini təsdiqləyib. Ermənistan qabaqcadan razılıq versə də, son anda NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərdən imtina edib. 

Rusiya və NATO generallarının Bakıda görüşü nədən xəbər verir?

8 Sentyabr 2017 14:33

Artıq Azərbaycan dünyada cərəyan edən proseslərin, beynəlxalq münaqişələrin müzakirə edildiyi məkana çevrilib. NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün Bakıda keçirilməsi buna bariz nümunədir. Xatırladaq ki, bundan əvvəl Rusiya və ABŞ-ın Baş Qərargah rəisləri Bakıda görüşmüşdülər.

“The Guardian”dakı saxta məlumatlar müttəfiqlərimizə təzyiqdir

8 Sentyabr 2017 14:19

“The Guardian” nəşrində Azərbaycanla Rusiya arasında silah sövdələşməsinə dair saxta məlumatların dərc olunması Rusiyanın müttəfiqlərinə təzyiqin gücləndirilməsi kimi qiymətləndirilməlidir.

ABŞ-da Azərbaycana sanksiya tətbiq etmək istəyənlər kimlərdir...

8 Sentyabr 2017 14:17

Sentyabrın 7-də ABŞ senatoru Dik Durbin belə bir təşəbbüslə çıxış edib ki, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyan rəsmilərə sanksiya tətbiq olunsun. O, bununla bağlı sənədi Senata təqdim edib.

Prezident: "Ermənistan danışıqlar prosesinin uzadılmasında maraqlıdır"

8 Sentyabr 2017 13:35

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul edib. ATƏT-in Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Kristin Muttonen qurumun bu əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğuladı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin də çox fəal işlədiyini, mühüm təşəbbüslər və qətnamələr irəli sürdüyünü qeyd etdi. ATƏT Parlament Assambleyasının sədri vəzifəsində Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən qonaq Prezident İlham Əliyevin təhsil müəssisələrinə göstərdiyi diqqətə toxunaraq məktəb və təhsillə bağlı məsələlərin ölkə üçün ən vacib məsələlər sırasında olduğunu qeyd etdi, ölkəmizdə bu istiqamətdə çox işlərin görülməsinin, o cümlədən yeni məktəblərin tikilməsinin önəmini vurğuladı.

Azərbaycan kiməsə görə öz dostundan imtina etməli deyil

8 Sentyabr 2017 13:31

Azərbaycanın son illər İsrail dövləti ilə qurduğu yüksək səviyyəli əməkdaşlıq nədənsə yaxın və uzaq ölkələri narahat edir. Hətta bir çox hallarda qonşu ölkələr birbaşa Azərbaycanın daxili işlərinə müdaxilə edərək Bakını Təl-Əvivlə əlaqələrdən çəkindirməyə çağırırlar. Xüsusilə, Bakı-Təl-Əviv əməkdaşlığından cənub qonşumuzun yersiz narahatçılığı özünü göstərir. Bu günlərdə yenə Iranın Ali dini rəhbərinin Şərqi Azərbaycan Ostanındakı nümayəndəsi Məhəmməd Əli Əlhaşım Azərbaycanı İsraildə səfirlik açmamağa çağırıb.

Bakıda keçirilən NATO-Rusiya görüşü

8 Sentyabr 2017 13:27

Azərbaycan regiondakı nüfuzu, oynadığı rol, nümayiş etdirdiyi mövqeyinə görə, dünyanın əksər ölkələri tərəfindən cəlbeedici dpvlətə çevrilməkdədir. Təsadüfi deyil ki, məhz bütün bu qeyd edilən müsbət məqamlarına görə, dünya dövlətləri Cənubi Qafqazda Azərbaycanı özlərinə etibarlı tərəfdaşı kimi görmək istəyir, onunla əməkdaşlığı hər ötən gün bir qədər də inkişaf etdirməyə çalışırlar. Hətta bir sıra ölkələr üçün Azərbaycan regionda etibarlı strateji müttəfiq sayılır.

ATƏT PA-nın növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr olacaq

8 Sentyabr 2017 12:08

ATƏT Parlament Assambleyasının növbəti sessiyalarında Dağlıq Qarabağla bağlı müzakirələr və diskussiyalar olacaq. Bunu Azərbaycanda səfərdə olanATƏT PA sədri Kristina Muttonen deyib.