Siyasət

NATO və Rusiya generallarının qapalı Bakı görüşünün SİRRİ? 

8 Sentyabr 2017 11:41

Dünən Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Bakıda görüşdü.

"Rusiya-NATO görüşünün Bakıda keçirilməsi ölkəmizin siyasi nüfuzundan xəbər verir"

8 Sentyabr 2017 11:22

Ötən gün Bakıda Rusiya-NOTA arasında keçirilən görüş bütün dünya mətbuatının və ciddi siyasi dairələrin diqqətində idi. Rusiya-NATO münasibətləri həmişə diqqəti çəkib və son dövrlər onlar arasında yaşanan müəyyən problemlər həllini tələb edir. Bu baxımdan görüşün harada keçirilməsinin texnikidən daha çox siyasi əhəmiyyəti var”. Bu fikirləri  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Görkəmli alim Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzalanıb

7 Sentyabr 2017 19:02

Nekroloqda qeyd olunur:"Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat etmişdir.

Ermənistanın işğalçılıq siyasəti Dünya İqtisadi Forumunda tənqid olunub

7 Sentyabr 2017 18:05

Sentyabrın 5-də Polşanın Krıniça şəhərində işinə başlamış 27-ci Dünya İqtisadi Forumu bu gün də fəaliyyətini davam etdirib. Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından Trend-ə verilən məlumata görə, şuranın baş məsləhətçisi Toğrul Məmmədli bu gün “Şərq Tərəfdaşlığının 8 ili: uğursuzluqlar, nailiyyətlər, gələcək” adlı plenar sessiyada çıxış edib.

Məmmədəli Ağayev "Dostluq" ordeni ilə təltif edilib

7 Sentyabr 2017 18:02

Prezident İlham Əliyev Məmmədəli Ağayevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev makedoniyalı həmkarını təbrik edib

7 Sentyabr 2017 18:02

Prezident İlham Əliyev Makedoniya Prezidenti Gyorge İvanova təbrik məktubu göndərib. 

Varşavada Azərbaycan Xalq Cümhuriyyətinin hərbi xadimlərinin abidəsi ucaldılıb

7 Sentyabr 2017 17:47

Polşada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri, general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.

Azərbaycan Afrikada təhsilə 1,5 milyon dollardan çox vəsait ayırıb

7 Sentyabr 2017 17:32

Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb. Bu barədə Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin “Twitter” səhifəsində yazılıb. Layihə Keniya, Tanzaniya, Uqanda və Liberiyanı əhatə edir.

Bakıda Azərbaycan və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü keçirilib 

7 Sentyabr 2017 17:09

Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan general-polkovnik N.Sadıkov iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı inam üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.

Ermənistanın təcridi güclənir - üç paytaxt birləşir

7 Sentyabr 2017 16:37

Bakı zirvəsindən düşmənə mühüm mesaj; Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin Bakı sammiti: diplomatik ortaqlıqdan strateji-hərbi ortaqlığa doğru; “Ermənistanın iri regional layihələrdən sürətlə kənarlaşdırılması gələcək hərbi qələbəmizi təmin edən ciddi amillərdən olacaq...”

AŞ-ın Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyəti başa çatıb

7 Sentyabr 2017 16:24

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Azərbaycan "Şərq Tərəfdaşlığı" XİN rəhbərlərinin görüşündə təmsil olunacaq

7 Sentyabr 2017 15:14

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa İttifaqına (Aİ) üzv olan ölkələr və "Şərq Tərəfdaşlığı" dövlətləri XİN rəhbərlərinin qeyri-rəsmi görüşündə Azərbaycanı təmsil edəcək. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, bu görüş sentyabrın 8-də Tallində baş tutacaq.

Azərbaycanla NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunub

7 Sentyabr 2017 14:52

Sentyabrın 7-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, qonaqları salamlayan general-polkovnik N.Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.