Siyasət

Bakıda daha bir mühüm görüş keçiriləcək

7 Sentyabr 2017 14:50

"NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşəcəklər”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, daha əvvəl də Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda görüşmüşdülər: “Niyə Bakı? Rusiya və ABŞ baş qərargah rəisləri Bakıda görüşəndə bu onunla izah edilmişdi ki, generallar Suriyadakı vəziyyəti və bu ölkədə terrorçulara qarşı birgə mübarizə imkanlarını müzakirə edəcəklər.

Əli Kərimlinin zəngin əlöpənləri  - TƏRS BAXIŞ

7 Sentyabr 2017 14:09

Son günlər AXCP sədri Əli Kərimlinin “fəallaşaraq” guya Azərbaycan hakimiyyəti barədə “şok faktları” üzə çıxarması və bu “faktların” guya korrupsiyaya bağlılığı ətrafında haray-şivən salması növbəti dəfə onun özünün ifşası ilə nəticəsini tapıb. Ümumiyyətlə, ötən və öncəki aylardan başlayaraq vaxtilə ona yaxınlıqları ilə seçilən cəbhəçilərin Ə.Kərimlinin əldə etdiyi gəlirlər barədə danılmaz sübutları ictimailəşdirmələri AXCP sədrini çıxılmaz dalana dirəyib. O isə bu dalandan çıxa bilmədiyinə görə, xilasını erməni mənbələrində axtarmağa başlayıb. Əbəs yerə deyil ki, son bir neçə gündə dələduz milyarder Corc Sorosun erməni lobbisinin dəstəyi ilə Azərbaycan hakimiyyəti barədə böhtançı məumatlarından Ə.Kərimli də öz xeyrinə yararlanmağa cəhdlər edib. Yəni bu gün Ermənistan mediası anti-Azərbaycan xarakterli hansı informasiyanı ictimailəşdirirsə, həmin məlumat dərhal AXCP sədrinin “facebook”dakı səhifəsində “dostlar” sərlöhvəli əttökən “müraciətlərində” yer alır və bu fakt ilk deyil əlbəttə ki...

Azərbaycan Koreya üçün çox əhəmiyyətli ölkədir

7 Sentyabr 2017 13:24

Milli Məclisin sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının sədr müavini Pak Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisdən “Olaylar”a  verilən məlumata görə, spiker bildirib ki, bu cür səfərlər ölkələrimiz arasında dostluq münasibətlərinin, parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcək. Sədr Koreya Respublikasına səfərlərini xatırlayaraq, bu ilin iyun ayında Seulda keçirilmiş Avrasiya Ölkələri Parlament Sədrlərinin II müşavirəsində iştirakından danışıb, səfər çərçivəsində koreyalı həmkarları ilə keçirdiyi görüşləri yüksək dəyərləndirib.

NATO generalı Bakıda Rusiyanın Qərargah rəisi ilə görüşəcək

7 Sentyabr 2017 12:46

NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel və Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov bu gün (7 sentyabr tarixində) Bakıda görüşəcəklər. Bu barədə NATO-nun kommünikesində deyilir. Bildirilib ki, buNATO-nun Rusiya ilə münasibətlərin dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüş olacaq.

Corc Soros planının Azərbaycanda iflası

7 Sentyabr 2017 11:46

Öz adını daşıdığı fonda rəhbərlik edərək, müxtəlif ölkələrdə rəngli inqilablar törədib bu faktor üzərində milyardlar qazanan Corc Sorosun Azərbaycan üzrə növbəti planının ifşa olunaraq iflasa məruz qalması bir daha sübut etdi ki, ölkəmizdə təməlli şəkildə formalaşmış güclü dövlətçilik prinsipləri, eləcə də xalq-hakimiyyət birliyi sarsılmaz əsaslara söykənib.

Əli Əhmədov: "Məqsəd insanların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçirilməsidir"

7 Sentyabr 2017 11:44

"Məşğulluq problemi hər bir hökumətin əsas priorietidir və Azərbaycan da istisna deyil". Baş nazirin müavini Əli Əhmədov "Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi" adlı beynəlxalq konfransda çıxış edərkən deyib.

Siyavuş Novruzovdan açıqlama

7 Sentyabr 2017 11:35

Azərbaycana qarşı qarayaxma kampaniyasının əsasında Azərbaycan dövlətinin heç bir xarici gücə boyun əyməməsi, müstəqil siyasət aparması durur. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi xarici KİV-də yayılmış materiallarla bağlı açıqlamasında deyib.

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

7 Sentyabr 2017 11:26

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nərimanov rayonunda əsaslı təmir edilən 212 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.

Prezident Azərbaycan və Rusiyanın Gömrük Komitələri arasındakı protokolu təsdiqlədi

7 Sentyabr 2017 11:23

Prezident İlham Əliyev Azərbaycan Respublikası - Rusiya Federasiyası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkilinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında Protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Düşmən atəşkəs rejimini 119 dəfə pozub

7 Sentyabr 2017 11:09

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.