Siyasət

Şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin təmirinə maliyyə vəsaiti ayrılıb

4 Fevral 2019 18:24

Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

İsa Həbibbəyli: "Prezident minlərlə şəhid ailəsinə sevinc bəxş etdi"

4 Fevral 2019 17:25

"Azərbaycan Prezidenti İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı imzaladığı Fərmanı bu kateqoriyadan olan insanlara dövlət qayğısının daha bir nümunəsidir. Həm də, çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir". Bunu "Səs" qəzetinə açıqlamasında, AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli Prezident İlham Əliyevin şəhid ailələrinə 11 manat vəsaitin ödənilməsi barədə imzaladığ Fərmana münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müharibə əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı nümunəvi xarakter daşıyır. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, onların mənzil və avtomobillərlə təmin olunması dövlət siyasətinin başlıca siyasi xəttidir: "Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. 2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərmanın da, məhz şəhid ailələrinə şamil edilməsi bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin doğum gününü məcburi köçkünlərlə keçirməsi isə, artıq ənənə halını alıb. Hər il Prezident İlham Əliyev Onun üçün əlamətdar olan gündə məcburi köçkünlər üçün tikilən yaşayış qəsəbələrinin açılışında iştirak edir. Prezident İlham Əliyev məcburi köçkünlərlə səmimi söhbət edərək, onların qayğı və problemləri ilə maraqlanır, onların həlli ilə bağlı yerindəcə müvafiq göstərişlər verir".

“İqtisadi və humanitar əlaqələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq”

4 Fevral 2019 17:20

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevin mətbuat üçün şərhi

Millət vəkili: "Prezident İlham Əliyev Azərbaycan gəncliyinə çox güvənir"

4 Fevral 2019 16:29

Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxışı millətini və dövlətini sevən hər kəs üçün örnək olmalıdır. Bunu Milli Məclisin deputatı Elşən Musayev deyib.

Diaspor rəhbəri Xristian Demokrat Partiyasının təmsilçisi ilə görüşüb

4 Fevral 2019 15:54

Niderlandda fəaliyyət göstərən Hollandiya Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli Leeuvarden şəhərində Xristian Demokrat Partiyasının təmsilçisi Anton Vijkhuijslə görüşüb.

Müxalifət çalışır ki, insanlar hökumətdən narazı qalsın

4 Fevral 2019 15:39

Dağıdıcı ünsürlər həssas insanların hissləri ilə oynamaqla məşğuldurlar

Xəzərin statusu ilə bağlı sazişi parlamentdə müzakirəyə çıxarılacaq

4 Fevral 2019 15:32

Fevralın 4-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.“Olaylar” xəbər verir ki, MM sədrinin birinci müavini, adıçəkilən komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib.Bildirib ki, gündəliyə 5 məsələ daxildir. Z.Əsgərov xatırladıb ki, 2018-ci ilin avqustunda Xəzəryanı ölkələr arasında Xəzər dənizinin statusu ilə bağlı böyük tarixi əhəmiyyətə malik olan Konvensiya imzalanıb: “Bununla əlaqədar iyirmi ildən çox danışıqlar gedib, işlər görülüb. Bu, bizim üçün tarixi qələbədir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin qələbəsidir”.