Əli Kərimli xalqı aldatmaq və aşağılamaqla məşğuldur- TƏHLİL

Cəmiyyətdə, insanlarımızın günlük həyatında baş verən bütün müsbət tendensiyaları, vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində atılan addımlara mənfi yöndən yanaşan radikal siyasi düşərgə indi də yeni bir adət öyrənib. Belə ki, Azərbaycan dövlətinin, dövlət başçısının son aylarda ölkə vətəndaşı üçün atmış olduğu hər bir addımı onların siyasi fəaliyyətinin nəticəsi kimi xarakterizə edirlər. Guya 19 yanvar mitinqi hakimiyyətdə ciddi qorxu yaratdığı üçün bu cür inqilabi addımlar atılır. Millət vəkili Sahib Alıyev də deyir ki, radikal siyasi düşərgə, xüsusilə də AXCP sədri Əli Kərimli belə iddia ortaya qoyur: "Əli Kərimli cənab Prezidentin son zamanlar şəhid doğmalarına birdəfəlik yardımın verilməsi, minimum əmək haqqının, pensiya, təqaüd, sosial ödənişlərin artırmasıyla bağlı atdığı addımları "xarüqə" adlandırır.  Atılan bu addımların Əli Kərimliyə "xarüqə" təsiri bağışlaması və üstəlik də onun bunu dilə gətirməsinin özü təəccüblüdür, deyilmi? Amma təəccüblənməyə tələsməyin. Əli Kərimli bütün bu "xarüqə"lərin yanvarın 19-da "Məhsul"dakı boşboğazlıqlarının nəticəsində baş verdiyini deyir. Yəqin Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlliylə bağlı Fərmanını da Kərimliylə "Məhsul"daşları öz xidmətləri kimi dəyərləndirəcəklər.  Olsun. Əsas bu deyil, əsas odur ki, cənab İlham Əliyevin son bir ayda ardıcıl olaraq verdiyi sərəncam və fərmanlar on, bəlkə də yüz minlərlə vətəndaşımızın dolanışığının müsbət yöndə dəyişməsinə təsir edəcək. Və burada mən bir çoxlarının vurğuladığı kimi nə inqilabilik, nə də Əli Kərimlinin təbirincə desək xarüqəlik görürəm. Çünki Azərbaycan inqilab yox, intibah yoluyla, yəni Heydər Əliyev yoluyla gedir və 2000-ci ilin əvvəllərindən üzü bu yana bütün bu artımlar demək olar ki, hər il olur. Bəzən indiki kimi daha nəzərəçarpacaq dərəcədə, bəzən isə az.  Sadəcə, hazırda baş verən artımların, kreditlərlə bağlı problemin həlli yolunun tapılmasının son dərəcə müsbət və fərqli tərəfi ondadır ki, arxasında təkcə iqtisadi faktor deyil, həm də keçirilən islahatlar və idarəçiliyin şəffaflaşdırılması yolunda atılan addımlar durur. Belə bir addımların atılacağının anonsunu isə cənab İlham Əliyev hələ 2018-ci ildə keçirilən Prezident seçkisi zamanı vermişdi. Bilindiyi kimi o, indiyədək nə vəd edibsə, yerinə yetirib və yetirir. Yəni sözü həm də imzası olan çox az liderlərdən biridir". Millət vəkili deyib ki,  
Əli Kərimlinin atılan bu addımları niyə "xarüqə" adlandırmasını da anlayır: "Onların hakimiyyətdə olduğu dövrdə yaşananları və indi baş verənləri göz önünə gətirsək görərik ki, bu gün atılan hər bir addım o zamankı reallıqların fonunda həqiqətən də əsl xarüqə təsiri bağışalyır. Amma və lakin bütün bunların Əli Kərimliylə "Məhsul"daşlarına artıq günün uzanmağa başlamasının nə qədər dəxili varsa, o qədər dəxili var".

Millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, radikal siyasi düşərgə, xüsusilə də Əli Kərimli hər zamankı kimi cəmiyyəti aldatmaq, ölkədə baş verən bir çox müsbət işləri öz adına çıxmaqla məşğuldur. Millət vəkili diqqəti Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində Əli Kərimlinin tərəfdarlarının Azərbaycana vətəndaşına qarşı kobud davranışlarına da yönəldib. Bildirib ki, bu günlərdə sosial şəbəkədə çox maraqlı və maraqlı olduğu qədər də düşündürücü bir videogörüntü yayılıb: "26 fevralda bir nəfər vətəndaş öz dəstəsi ilə " Xocalı " abidəsinə tərəf gedən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə yanaşaraq ona bir şəkil göstərir və sual verir. Sədr sualdan yayınır, onun ətrafındakılar isə vətəndaşı qovmağa çalışırlar. Vətəndaş inadkarcasına sualını təkrar edir və birdən parrtiya sədri  açıq kameraya vətəndaşı söyməyə və şəxsiyyətini təhqir etməyə başlayır. Xatırladıram ki, hər şey vətəndaşın Azərbaycan siyasi partiya sədrinə sual verməsindən başlayır. O YAP-çı və ya AXCP-cı, sahibkar və ya sürücü, cavan və ya yaşlı, professional politoloq və ya sadəcə həvəskar ola bilər. Bunun heç bir əhəmiyyəti yoxdur, o vətəndaşdır, və onun siyasətçiyə sual vermək və onun cavabını istəmək hüququ var. Ona görə ki, siyasi partiya rəhbəri siyasi hakimiyyət uğrunda mübarizə aparır və vətəndaş onu idarə etmək və taleyini müəyyən etmək iddiasında olan insanı daha yaxşı tanımaq istəyir.  O onun lderi olmaq istəyini elan edən şəxsin onunla açıq danışmasını istəyir. Çünki, siyasətçi cəmiyyət üçün tam aydın bir çəxs olmalıdır. Əvəzində isə siyasi hakimiyyətə iddialı olan siyasi partiya rəhbəri vətəndaşı nəinki siyasətçiyə, hətta adi insana yaraşmayan tərzdə vətəndaşı küçə sözləri ilə onu təhqir etməyə başlayır. Görünən o oldu ki, Əli Kərimli xalqla, vətəndaşla başqa cür danışa bilmir, onu siyasi təcrübəsi ona adi insanlarla danışmaq, ona hörmətini göstərmək, hətta ona xoş gəlməyən suallara cavab vermək qabiliyyətini öyrətməyib. Vətəndaş onun üçün hakimiyyətə gəlmək vasitəsidir, onun çağırdığı mitinqə gələn insan sayıdır, adından danışdığı , ancaq adına hörmət etmədiyi bir subyektdir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31