Siyasət

Türk Şurasına üzv dövlətlər arasında təcrübəsi mübadiləsi keçirilib

8 Fevral 2019 17:09

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ – Türk Şurası) üzv dövlətlərin diaspor məsələlərinə məsul nazirlik və qurumlar arasında təcrübə mübadiləsi proqramının açılışı olub. “OLAYLAR” xəbər verir ki, toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK), Türkiyə, Qazaxıstan, Qırğızıstanın müvafiq qurumlarının təmsilçiləri, həmin ölkələrin Azərbaycndakı səfirləri və digər qonaqlar iştirak edib.

“Prezidentin Şamaxıya getməsi onu göstərdi ki...” - Deputat

8 Fevral 2019 16:41

"Dövlət başçısı öz əməli ilə bunları təsdiqləyir". Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin əsasında hər bir vətəndaşımıza qayğı dayanır. Ölkə başçısı öz əməli, işi ilə bunu həmişə sübut edir. Bir neçə il bundan əvvəl Kür çayı daşanda xəsarət alan insanlara qısa müddətdə yardımlar edildi. 2016-cı ildə aprel hadisələrini yada salaq, düşmənin hərbçilərimizə gücü çatmadığına görə dinc əhalini, mülki vətəndaşların yaşayış məntəqələrini atəşə tutdular. Cənab prezidentimiz birinci xanımla birlikdə düşmənlə 300 metr məsafədə olan yerlərə getdi, vətəndaşlarımızla görüşdü, onların köməyinə çatdı. Bu gün də həmin diqqət və qayğının şahidiyik.

Xaricdəki müəyyən mərkəzlərin gerçək məqsədləri bütün cəmiyyətimizə məlumdur

8 Fevral 2019 13:42

Bu qüvvələrin Azərbaycan gənclərini özlərinin çirkin məqsədlərinə cəlb etməsi mümkün deyil