Azərbaycan Qazaxıstana qarşı - CANLI YAYIM

Qazaxıstanın paytaxtı Astanda təşkil edilən komandalarası Dünya Çempionatı davam edir.

Bu gün turnirin III mərhələsi baş tutacaq.

Azərbaycanı çempionatda təmsil edən milli komanda ev sahibi Qazaxıstanla qarşılaşacaq. Bundan başqa, bu turda İran-İsveç, Misir-Hindistan, Çin-Suriya və İngiltərə-ABŞ qarşılaşmaları baş tuatacaq. Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

III tur Qazaxıstan-Azərbaycan heyəti belədir:

Rinat Cumbayev - Arkadi Naydiç

Ənvər İsmaqambetov - Rauf Məmmədov

Murtaz Kajqaleyev - Qədir Hüseynov

Pyotr Kostenko - Nicat Abbasov

Qeyd edək ki, ilk turda Azərbaycan Çin yığmasına 0,5:3,5 hesabı ilə məğlub olmuşdu. İkinci turda isə İngiltərə ilə matçda 1,5:2,5 hesabı qeydə alınmışdı.

Turun qarşılaşmalarını CANLI YAYIM ilə buradan izləyə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31