Siyasət

Türkiyə Böyük  Millət  Məclisi Xocalı qətliamı ilə bağlı BƏYANAT YAYDI

26 Fevral 2019 10:57

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın Xocalı şəhərinə təşkil olunan hücumda 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 günahsız Azərbaycan vətəndaşı vəhşicəsinə qətlə yetirilib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. İtkin düşən 150 nəfərin taleyi bu günədək məlum deyil.

İlk dəfə Nyu Yorkda Xocalı qətliamı anıldı

26 Fevral 2019 10:53

İlk dəfə Nyu York şəhərində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə ABŞ-ın müxtəlif dini və etnik təşkilatların təmsilçiləri, yerli ictimai fəallar və Azərbaycan icmasının nümayəndələri iştirak etmişdir. Tədbir ölkəmizin ABŞ-dakı Səfirliyi və Diaspora ilə İş üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir.