Siyasət

“Yüksəliş” müsabiqəsinin iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar

27 Oktyabr 2020 13:25

“Yüksəliş” müsabiqəsinin bir qrup iştirakçısı cənab Ali Baş Komandan, Prezident İlham Əliyevə  açıq müraciət edərək, Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda haqq mübarizəsində dəstəklərini ifadə edib, xalqımıza yaşatdığı qələbə sevincinə görə minnətdar olduqlarını bildiriblər.

Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - TAM SİYAHI

27 Oktyabr 2020 13:18

Müzəffər Azərbaycan ordusnun uğurlu əks-hücum əməliyyatına başlamasından bir ay ötür. Bu ay ərzində Azərbaycan Ordusu dünya müharibə tarixində yeni bir səhifə açdı.

Müddətli həqiqi hərbi xidmətdə olanlara tibbi yardım dövlət hesabına göstəriləcək

27 Oktyabr 2020 12:54

 Hərbi qulluqçuların xidmət yerində hərbi-tibbi idarələr olmadıqda, habelə təcili tibbi yardım göstərmək zərurəti yarandıqda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq mülki tibb müəssisələrində hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla) “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda icbari tibbi sığorta vəsaitləri hesabına, xidmətlər zərfində nəzərdə tutulmadıqda, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına dövlət hesabına tibbi yardım göstəriləcək.

Ermənilərə silah yardımı göstərmək ikiüzlülük və xainlikdir - Devlet Bahçeli

27 Oktyabr 2020 12:28

Qarabağ Azərbaycandır və işğaldan azad olunacaq.

Məlahət İbrahimqızı: “Belə cılız hərəkət Türkiyəyə təsir etməz"

27 Oktyabr 2020 12:25

"Son illərdə Makronun iqtidarı dönəmində Fransada Türkiyə əleyhinə çox ciddi kampaniyalar aparılır". “Olaylar” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Ermənilər BAŞINI İTİRİB: dronlardan qaçmaq üçün...

27 Oktyabr 2020 12:16

Ermənistan ordusunun 2 milyard dollar dəyərində texniki infrastrukturunu və minlərlə canlı qüvvəsini məhv edən Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı Pilotsuz Uçuş Aparatları hələ də düşməni aciz qoymaqda davam edir.

Başıaşağı erməni zabitləri - Bunkerdə keçirilən iclas - FOTOLAR

27 Oktyabr 2020 12:14

Xəbər verdiyimiz kimi, bugün qondarma rejimin "müdafiə naziri" Arutyunyanın ölüm xəbəri yayılıb. Məlumatlara görə, "müdafiə naziri” ilk öncə ağır yaralanıb. Xəstəxanaya çatdırIan Arutyunyanın həyatını xilas etmək mümkün olmayıb.

Sahibə Qafarova: “Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir”

27 Oktyabr 2020 12:08

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin “Milliyet” qəzetinə müsahibə verib. Bu barədə “Olaylar”a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, müsahibədə Milli Məclisin Sədri bildirib ki, 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxsləri, həm də xalqı açıq və birbaşa olaraq ölkəmizə dəstək verib.