Deputat: “Fransa təcavüzün nə demək olduğunu yaxşı bilir”
“Fransa BMT TŞ-nın daimi üzvü kimi dünyada sülhün və beynəlxalq hüququn qorunmasında, bərqərar olmasına cavabdeh olan ölkələrdən biridir”.
20 Noyabr 2020 12:17 Siyasət"Fransa BMT TŞ-nın daimi üzvü kimi dünyada sülhün və beynəlxalq hüququn qorunmasında, bərqərar olmasına cavabdeh olan ölkələrdən biridir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, Fransanın Dağlıq Qarabağ münaqişəsində sərgilədiyi mövqe onun obyektiv olmadığından xəbər verir: "Fransanın özü işğalın, təcavüzün nə demək olduğunu yaxşı bilir. Vaxtilə Əhmədiyyə Cəbrayılov kimi Azərbaycan oğlu Fransanın təcavüzdən qurtarılması üçün döyüşüb. Hətta ona Fransa siyasi rəhbərliyi tərəfindən "Legion ordeni" verilib. ATƏT PA-da, AŞPA-da çıxışlarımda da qeyd etmişəm, bəlkə də orda yeganə deputatam ki, 28 ildir öz evimə gedib çıxa bilmirəm. Fransa siyasilərindən xahiş edirəm ki, BMT TŞ-nın daimi üzvü olmaq funksiyasını düzgün yerinə yetirsinlər".