Deputat: “Siyasi partiyaların Fransa bəyənatı beynəlxalq təşkilatlara göndrilsin”

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Fransanın, Makronun mövqeyi bəllidir. Xüsusilə Vətən Müharibəsində onların bəyanatları Fransanın mövqeyini bir daha ortaya qoydu”

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Fransanın, Makronun mövqeyi bəllidir. Xüsusilə Vətən Müharibəsində onların bəyanatları Fransanın mövqeyini bir daha ortaya qoydu". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib. Deputat təklif edib ki, parlamentin daxilindəki siyasi partiyalar, eyni zamanda Vətən Müharibəsi başlayandan birlik göstərən 50-yə yaxın partiyanın Fransaya qarşı bəyanatı ATƏT-in Minsk Qrupuna, digər beynəlxalq təşkilatlara göndərilsin: "Əminəm ki, hökumətimiz tərəfindən bununla bağlı tədbirlər görülür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31