“Münaqişənin həllinin Rusiya-Azərbaycan müstəvisinə keçməsi məqbuldur” - AÇIQLAMA

Elçin Mirzəbəyli: “Şahnazaryan başa düşür ki, bunu Azərbaycanda dərk edirlər və Ermənistanla danışıqların mənasız olduğunu bilirlər”

BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli erməni politoloq Davit Şahnazaryanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin Rusiya-Azərbaycan müstəvisinə keçiriləcəyi ilə bağlı iddiasına cavab verib. E.Mirzəbəyli bildirib ki, Azərbaycanada bununla bağlı fikirlər səsləndirilib. BAXCP rəsmisinin sözlərinə görə, konkret olaraq Ermənistan məsələdə müstəqil siyasi qərar qəbul etmək iqtidarında deyil. Ermənistanın Rusiyanın forpostu missiyasını yerinə yetirdiyini deyən Elçin Mirzəbəylinin sözlərinə görə, lakin Dağlıq Qarabağ və ətrafının işğalda saxlanılmasında Rusiyanın rolunun olması danılmazdır: "Belə halda forpost Ermənistanla danışıqlar aparmaqdansa, əsas qərar qəbul edən Rusiya ilə müzakirələrin aparılması daha məqbuldur. Görünür ki, son günlərdə Azərbaycanda məsələ ilə əlaqədar aparılan müzakirələr Ermənistanın ictimai fikrinə də təsir edib. Şahnazaryanın da narahatlığı buradan qaynaqlanır. Dağlıq Qarabağ münaqişəsi ətrafında artıq beynəlxalq aktivlik də artır. Minsk Qrupu həmsədrlərinin regiona səfərləri, eyni zamanda Ceyms Uorlikin səsləndirdiyi fikirlər də Ermənistanının ciddi narahatlığına saəbəb oldu. Düzdür Uorlikin bəyanatında Ermənistanı narazı salacaq müddəlar yox idi, amma bundan da narahat oldu. Ermənistandakı reallıqların dəyərləndirilməsi Şahnazaryanı bu cür danışmağa vadar edib. Şahnazaryan hər kəsdən daha yaxşı bilir ki, Ermənistan müstəqil qərar qəbul edə bilmir, işğal siyasətinin davam etdirilməsi ölkəsinin potensialı yox, Rusiyanın hesabınadır. Erməni politoloq eyni zamanda bunu da başa düşür ki, bunu Azərbaycanda dərk edirlər və Ermənistanla danışıqların mənasız olduğunu bilirlər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00