Azərbaycan və Xorvatiya ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

 Azərbaycan və Xorvatiya ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Memorandumun imzalanması məqsədilə plkəmizdə səfərdə olan Xorvatiya Respublikasının ədliyyə naziri Orsat Milyeniç respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Azərbaycan və Xorvatiya arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd edən F.Məmmədov dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunu, iki ölkənin ədliyyə orqanları arasında imzalanan Memorandumun hüquqi sahədə əlaqələrin inkişafına böyük təkan verəcəyini vurğulayıb. Xorvatiyalı nazir ölkəsinin hüquq sistemi barədə məlumat verib, Azərbaycanda məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlara böyük maraq göstərərək əldə olunmuş nailiyyətləri təqdir edib, qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Azərbaycana səfərinin hüquqi sahədə əlaqələrin inkişafına töhfə verəcəyini bildirən qonaq əməkdaşlığın daha da genişləndirilməsi üçün dəstək verməyə hazır olduğunu söyləyib. Söhbət zamanı həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalının ağır nəticələri və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktı qonaqların xüsusi diqqətinə çatdırılıb. Sonra Azərbaycan və Xorvatiya Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00