Federasiya Şurası BMT və beynəlxalq təşkilatları ABŞ-ın Kubaya təzyiqini pisləməyə çağırıb- ÖZƏL
11:22 SiyasətRusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, Federasiya Şurası Birləşmiş Millətlər Təşkilatını (BMT) və digər beynəlxalq parlament təşkilatlarını ABŞ-ın Kubaya qarşı güc təzyiqini qınamağa çağırır. Olaylar.az xəbər verir ki, Karasinin sözlərinə görə, Kuba ətrafında yaranmış vəziyyət beynəlxalq hüquq normalarına zidd şəkildə inkişaf edir və bu səbəbdən məsələ beynəlxalq ictimaiyyət tərəfindən açıq şəkildə dəyərləndirilməlidir.
O vurğulayıb ki, Federasiya Şurası ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi təzyiq siyasətini qəbulolunmaz hesab edir və bu mövqenin beynəlxalq platformalarda səsləndirilməsini vacib sayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31