Qərbi Azərbaycan İcması bu günə qədər beynəlxalq təşkilatlara 120 məktub ünvanlayıb
11:11 SiyasətBu günə qədər Qərbi Azərbaycan İcması müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlayıb.
"Report" xəbər verir ki, bunu İcma sədri Əziz Ələkbərli "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İcmanın 11 sənədi BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri qismində bütün ölkələr arasında yayılıb.
"İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı ümumilikdə isə 345 bəyanat yayılıb. Azərbaycana səfər edən xarici nümayəndələrlə və ölkədə fəaliyyət göstərən nüfuzlu xarici diplomatlarla İcma nümayəndələrinin ümumilikdə 78 görüşü olub. Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul etmiş və İcmamızın qayıdış hüququnu dəstəkləyiblər".