Azərbaycan region ölkələr arasında enerji mərkəzi kimi mövqeyini necə qorumalıdır?


       
Son illərdə Azərbaycan Cənubi Qafqaz və ətraf  regionlar ücün  əhəmiyyətli şəkildə  enerji mərkəzinə cevrilib. Bu, ölkənin daxili resursları sırasında yer alan zəngin karbohidrogen ehtiyatları, strateji coğrafi mövqeyi və beynəlxalq enerji layihələrində fəal iştirakı ilə izah olunur. Azərbaycanın regionda enerji mərkəzi kimi fəaliyyəti onun zəngin resurslara malik olması ilə deyil, bu resursları səmərəli şəkildə hasil edib beynəlxalq ticarət dövriyyəsinə daxil etmək kimi səriştəsilə də formalaşıb. Enerji mərkəzi kimi Azərbaycanın rolu 20-ci əsrin əvvələrindən başlayır və həmin dövrlərdən etibarən Bakı neft və təbii qaz kimi karbohidrogenlərin hasilatının əsas mərkəzlərindən biri olub. 
   İqtisad elmləri üzrə fəlsəfə doktoru Fuad Bədirov qeyd edib ki, tarixi inkişaf mərhələlərində dövlətlərin malik olduqları zəngin təbii resurslardan səmərəli və rasional şəkildə istifadə edə bilməməsi beynəlxalq müstəvidə onların müxtəlif sosial-iqtisadi və siyasi problemlərlə qarşılaşmasına gətirib çıxarmışdır. Lakin Azərbaycan ilk müstəqillik illərindən başlayaraq müasir enerjin strategiyasını düzgün istiqamətləndirmiş və 1994-cü ildə əsasını qoydugu əsrin müqaviləsi, enerji strategiyasını imzalamışdır. Bu  müqavilə ölkəyə iri həcmdə xarici investisiyaların cəlb edilməsinə şərait yaratmış və enerji resurslarından olan neft-qaz sektorunun inkişafını sürətləndirmişdir: "Bildiyimiz kimi Ölkənin enerji potensialı əsasən Xəzər dənizində yerləşən neft və təbii qaz kimi zəngin karbohidrogen yataqları ilə müəyyən olunur. Xəzər dənizində yerləşən karbohidrogen yataqları ölkənin enerji potensialının əsasını təşkil etməklə yanaşı, onun iqtisadi inkişafında və beynəlxalq enerji sistemində mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rola malikdir. Neft və təbii qaz kimi karbohidrogenlərin çoxlu miqdarda mövcudluğu yalnız təbii sərvət göstəricisi deyil, həm də geosiyasi, iqtisadi və ekoloji baxımdan kompleks əhəmiyyət daşıyan çoxşaxəli  bir təsirə malikdir. Burada ilk növbədə iqtisadi cəhətdən gəlir gətirən,siyasi cəhətdən ölkənin gücünü artıran və ekoloji cəhətdən təbiətə təsiri başa düşülür.
       İqtisadi gəlir yalnız birbaşa satışla məhdudlaşmır və  bu proses resursların istehsalı zamanı iş yerlərində işci qüvvəsinə təlabatın olmasını, infrasturuqturun geniişləndirilməsi kimi yolların, limanların  və zavodların  inkişafina təkan verir.    İxrac olunan məhsullar hesabına ölkəyə xarici valyuta axınını təmin edir və dövlət büdcəsinə vergi və rüsumlar hesabına əlavə gəlir gətirmiş olur. Ölkəyə gəlir gətirmək yalnız resursların coxlugu  hesabına deyil, həmin resursların daha səmırəli idarə olunması və düzgün iqtisadi siyasəti ilə müəyyən olunur. Enerji resursları gündəlik həyatda daim ehtiyac duyulan strateji əhəmiyyətli məhsul oldugu ücün,beynəlxalq bazarda daha güclü mövqeyə malik olur və bu da həmin ölkələrin regionda olan mövqeyinə üstünlük gətirir. Xammal yalnız hasil edilmir, eyni zamanda emal prosesindən keçirilərək əlavə dəyər qazandırılır və daha yüksək iqtisadi qiymətlə bazara təqdim olunur. Enerji resurslarına malik olan ölkələr öz təbii resyrları hesabına siyasi baxımdan dövlətin geosiyasi mövqeyinin güclənməsində,beynəlxalq münasibətlər sfersında nüfuzunun artmasında və strateji təsir imkanlarının genişləndirilməsində əhəmiyyətli rol oynayır.Məhz bu baxımdan karbohidrogen ehtiyyatlarına malik olan ölkələr qlobal enerji sektorunda əsas iştirakcılardan birinə cevrilərək digər dövlətlərlə siyasi və iqtisadi əlaqələrin münasib və sərfəli  şərtlərlə  qurulmasında  üstün mövqedən cıxış etmək imkanı əldə edirlər". 
       Onun sözlərinə görə, müasir dövrdə enerji təhlükəsizliyi qlobal siyasətin ən mühüm və strateji istiqamətlərindən birinə çevrilmişdir: "Dünyada sənayeləşmənin sürətlənməsi, əhalinin artması və enerji tələbatının davamlı şəkildə yüksəlməsi neft və qaz resurslarına olan ehtiyacı daha da artırmışdır. Belə olan halda bu səbəbdən enerji ehtiyatlarına malik olan dövlətlər beynəlxalq münasibətlər sistemində xüsusi strateji əhəmiyyət qazanırlar. Neft və qaz ixrac edən ölkələr enerji təminatında mühüm rol oynadıqları üçün həm regional, həm də qlobal siyasətdə təsir imkanlarını genişləndirirlər. Məhz belə olkələrdən biri zəngin karbohidrogen ehtiyatlarına malik olan  Azərbaycan, regionun aparıcı enerji ixracatçılarından birinə çevirmiş və ölkənin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında iştirakını əhəmiyyətli dərəcədə artırmışdır. Xüsusilə, Xəzər hövzəsində yerləşən neft və qaz yataqlarının istismara cəlb edilməsi Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiya prosesini sürətləndirmiş, ölkənin dünya iqtisadi sistemində mövqeyinin möhkəmlənməsinə əlverişli şərait yaratmışdır. Enerji resurslarının hasilatı və ixracı ilə bağlı həyata keçirilən iri transmilli layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artıraraq onu regional və beynəlxalq əməkdaşlıq münasibətlərində strateji tərəfdaş kimi ön plana çıxarmışdır. Eyni zamanda enerji diplomatiyası Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən birinə çevrilərək ölkənin beynəlxalq təşkilatlarda və regional siyasi proseslərdə təsir imkanlarının genişlənməsinə şərait yaratmışdır". 
      F. Bədirov qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi iri enerji layihələri və beynəlxalq boru kəmərləri ölkənin geosiyasi əhəmiyyətini daha da artırmışdır: "Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və TANAP kimi layihələr vasitəsilə Azərbaycan enerji resurslarını Avropa bazarına çatdıraraq Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşlardan birinə çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarının dünya bazarına çıxarılmasını təmin etməklə yanaşı, Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin güclənməsində mühüm rol oynamışdır.  Bu kəmər  Azərbaycan neftinin alternativ marşrut vasitəsilə beynəlxalq bazarlara təhlükəsiz və fasiləsiz şəkildə nəqlinə imkan yaratmış, eyni zamanda Azərbaycanın dünya enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Bu layihələr yalnız iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda Azərbaycanın beynəlxalq münasibətlər sistemində strateji mövqeyini gücləndirən əsas amillərdən biridir.
           Uzun illər ölkə iqtisadiyyatının əsasını təşkil edən neft və qaz hasilatı Azərbaycan iqtisadiyyatını öz gəlirlərindən asılı edib. Məhz bu baxımdan qeyri-neft sektorunun inkişaf etdirilməsi və genişləndirilməsi günümüzdə olan ən əsas prioritetlərdən olan Ələt zonası sənaye,logistika,emal və texnologiya sahələrinin inkişafını sürətləndirərək iqtisadiyyatın şaxələndirilməsinə kömək edir.Ələt Azad İqtisadi zonası Azərbaycanın qeyri-neft  iqtisadiyyatının  inkişafı və regionda logistika mərkəzinə cevrilməsi baxımından əhəmiyyətli və strateji lahiyələrdən biridir. Zona Bakı Beynəlxalq Dəniz limanı yaxınlıgında yerləşməsilə Azərbaycanı, Cin-Mərkəzi Asiya -Qafqaz-Avropa xətti üzrə əhəmiyyətli nəqliyyat qovşagına cevirir.Bu da öz növbəsində Orta dəhliz lahiyəsinin inkişafında xüsusi rola malikdir.Ələt Azad İqtisadi Zonası beynəlxalq ticarət,logistika və qeyri-neft sənayesi sahəsində rəqabətqabliyyətini artıran əsas iqtisadi lahiyələrdən hesab olunur.
        Azərbaycan regionda enerji mərkəzi kimi çıxış edərkən həm iqtisadi və geosiyasi üstünlüklərini gücləndirir, həm də ekoloji məsuliyyət prinsipini nəzərə alaraq təbiətin qorunmasına yönəlmiş siyasət həyata keçirir. Son illərdə Azərbaycan  "yaşıl enerji" strategiyasına üstünlük verərək bərpa olunan enerji mənbələrinin inkişafına diqqət yetirir. Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və ekoloji standartların tətbiqi Azərbaycanın enerji mərkəzi kimi rolunun daha dayanıqlı və ekoloji cəhətdən balanslaşdırılmış şəkildə inkişafına xidmət edir. Olkəınin enerji mərkəzi kimi rolunun qorunması neft-qaz ixrac edən  ölkə modelindən cıxmaqla regional enerji siyasətinin diverfikasiyası, texnoloji innovasiya, coşaxəli diplomatiya və logistika sahəsində prioritet inkişaf modelini secməli və bu istiqamətdə  öz iqtisadi-siyasətini qurmalıdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31