Müharibənin üçüncü fazasının İran üçün dağıdıcı olacaq- ÖZƏL

"İran ətrafında davam edən proseslərin elə mərhələsi başlayacaq ki, burda artıq kimin kim olduğu üzə çıxacaq. Bəlli olacaq ki, hansı ölkənin niyyəti nədən ibarətdir". "Olaylar" xəbər verir ki, bunu ƏHD Partiyası İdarə Heyətinin üzvü   Azər Qasımov deyib: "Trampın müharibəni başlayacağı məqamda Qətər və Səudiyyə Ərəbistanının araya girərək hələlik dayandırması, əslində isə bunu Türkiyə tərəfindən Hakan Fidanın etməsi deyilir. Məsələnin maraqlı tərəfi İran tərəfindən çıxış edən Türkiyənin Körfəz ölkələrinin hava hücumundan müdafiə sistemlərinin qurulmasını təşkil etməsi, Pakistanın isə Səudiyyə Ərəbistanına ordu və təyyarələr  yerləşdirilməsi məsələsidir.(5 min əsgər və 15 JF-T təyyarələri)
Görünən odur ki, İrana qarşı bu dəfə hamı açıq oynayacaq. İran raket və dronlarını Türkiyə vuracaq, Pakistan da Türkiyəyə qoşulacaq. Onda İrandan zərbələrin Türkiyəyə də ediləcəyini hesab etmək olar. Bu isə müharibənin daha da böyüməsi demək olacaq.
Türkiyə burda öz silahını satan ölkə olsa da, aydındır ki, qısa zamanda ərəblər onların idarəsini tam öyrənə bilməzlər və bunu Türkiyə edəcək. Təbii olaraq da günahkar Türkiyə olacaq. Çinin də geri duracağı danışılıb. Göründüyü kimi İran demək olar ki, tək qalacaq. 
Müharibənin ikinci, daha dəqiq üçüncü fazasının İran üçün dağıdıcı, hətta məhvedici olacağı ehtimalı böyükdür, eyni zamanda, ərəblər üçün. Türkiyəyə Almaniyadan HHM sistemlərinin göndərilməsi Türkiyəyə zərbələrin olacağı ehtimalını artırır. Bu, İran üçün son döyüş olacaq. Bundan sonra bəlli olacaq ki, kim qalib gələcək. Artıq İrandan kütləvi qaçqın ehtimalı güclənir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31